Dolfin və Yunion boğazı ing. Dolphin and Union Strait- Viktoriya (ada)sını Şimali Amerika materikindən ayırır. Şimal-qərb yolunun üzərində yerləşir. Kanadanın şimal-qərbində, Nunavut və Şimal-Qərb əraziləri vilayətləri ərazisində yerləşir. Boğaz Koroneyşen körfəzi ilə Amudsen körfəzini birləşdirir. Eni qərbdə 90 km, şərqdə isə 24 km təşkil edir. Uzunluğu 161 km-dir. Şərq hissədə kiçik adalar və riflər vardır ki, bu səbəbdən boğazdan gündüz keçmək məsləhət görülür[1]. 1824-ci ildə Con Riçard tərəfindən kəşf edilib. Adı isə Dolfin və Yunion qayıqlarının şərəfinə adlandırılıb. İyul ayında buzdan azad olduğu halda, oktyabrda yenidən buzla örtülür. Ən dərin yeri 195 m təşkil edir.
Dolfin və Yunion boğazı | |
---|---|
ing. Dolphin and Union Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum 24 km |
Uzunluğu | 161 km |
Yerləşməsi | |
69°07′59″ şm. e. 116°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Viktoriya (ada)sını materikdən |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |