treyler
triada
OBASTAN VİKİ
Treyser (Overwatch)
Treyser (ing. Tracer; hərfi tərcümədə İzləyici) və ya əsl adı ilə Lena Okston (ing. Lena Oxton) – 2016-cı ildə Blizzard Entertainment tərəfindən istehsal olunmuş Overwatch videooyunundan personaj. Treyser Overwatch kainatının personajı olsa da, ilk dəfə onlayn krossover döyüş oyunu Heroes of the Storm oyununda (aprel 2016 yeniləməsi) peyda olmuşdur. Britaniya əsilli Treyser oyunçular tərəfindən canlı və cəld personaj kimi tanınır. Oyunda Treyser fiziki cəhətdən çox da güclü deyil, lakin teleportasiya və zamandan geriyə getmə güclərindən istifadə edə bilməsi onun əsas üstünlüyüdür. O, bu gücləri təsadüfi bir qəza nəticəsində əldə etmişdir. Qəza nəticəsində Treyser öz fiziki formasını indiki zamanda sabit saxlamaq qabiliyyətini itirmişdir, lakin Vinstonun onun üçün ixtira etdiyi xronal akselerator ona öz zamanını idarə etməyə imkan vermişdir. Treyser Overwatch oyununun ən tanınmış personajlarından biridir: tez-tez oyunun rəsmi mediasında – reklam materiallarında və posterdə, eləcə də, fan-artlarda görünür. Treyserin məşhurluğu medianın onun oyunun içindəki qələbə pozalarını, eləcə də, onun fan istehsalı pornoqrafiyadakı əhəmiyyətini (baxmayaraq ki, Blizzard bunun qarşısını almağa çalışır) əhatə edən onlayn mübahisələrə diqqət ayırmasından sonra daha da artmışdır.