Treyser (Overwatch)

Treyser (ing. Tracer; hərfi tərcümədə İzləyici) və ya əsl adı ilə Lena Okston (ing. Lena Oxton) – 2016-cı ildə Blizzard Entertainment tərəfindən istehsal olunmuş Overwatch videooyunundan personaj. Treyser Overwatch kainatının personajı olsa da, ilk dəfə onlayn krossover döyüş oyunu Heroes of the Storm oyununda (aprel 2016 yeniləməsi) peyda olmuşdur.

Treyser
ing. Tracer
Overwatch personajı
İlk göründüyü oyun Overwatch kinematoqrafik treyleri
İlk oyunu Heroes of the Storm (2016)
Yaradan Blizzard Entertainment
Dizayner Ceff Qudman
Səsləndirən(lər) Kara Teobold (ingilis)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Britaniya əsilli Treyser oyunçular tərəfindən canlı və cəld personaj kimi tanınır. Oyunda Treyser fiziki cəhətdən çox da güclü deyil, lakin teleportasiyazamandan geriyə getmə güclərindən istifadə edə bilməsi onun əsas üstünlüyüdür. O, bu gücləri təsadüfi bir qəza nəticəsində əldə etmişdir. Qəza nəticəsində Treyser öz fiziki formasını indiki zamanda sabit saxlamaq qabiliyyətini itirmişdir, lakin Vinstonun onun üçün ixtira etdiyi xronal akselerator ona öz zamanını idarə etməyə imkan vermişdir.

Treyser Overwatch oyununun ən tanınmış personajlarından biridir: tez-tez oyunun rəsmi mediasında – reklam materiallarında və posterdə, eləcə də, fan-artlarda görünür. Treyserin məşhurluğu medianın onun oyunun içindəki qələbə pozalarını, eləcə də, onun fan istehsalı pornoqrafiyadakı əhəmiyyətini (baxmayaraq ki, Blizzard bunun qarşısını almağa çalışır) əhatə edən onlayn mübahisələrə diqqət ayırmasından sonra daha da artmışdır. Videooyundan başqa Treyser əlaqəli animasiya mediasındarəqəmsal komikslərdə görünmüşdür. Onun komiks debütündə lezbiyan olduğu məlum olmuşdur.

Treyserin orijinal və dəyişdirilmiş pozası.

Treyser BlizzCon 2014 tədbirində tanıdılan ilk 12 Overwatch personajından biridir.[1] Onun ilkin konsepsiyası Blizzard-ın ləğv olunmuş Titan layihəsi üçün hazırlanmışdı.[2] Personajın ilkin adı Camper (ing. Jumper; hərfi tərcümədə Tullanan) idi və kişi olması nəzərdə tutulmuşdu.[3][4] Treyserin istifadə etdiyi tapançalar isə Call of Duty: Modern Warfare 2 oyunundakı G18 tapançalarından ilhamlanaraq dizayn edilmişdir.[4]

Personajın dizaynında Ceff Qudman böyük rol oynamışdır.[5][6]

Treyser keçmişi işıqlandırılan ilk Overwatch personajıdır. PC Gamer-ə verdiyi müsahibədə Kris Metzen Treyseri Hörümçək-adam tipli personaj adlandırmışdır.[7] Treyser çox canlı, cəld və əzmkar personaj kimi tanınır. Oyunun dizayneri Ceff Kaplan personajı şirin və əyləncəli adlandırmışdır.[8] Treyserin Britaniya əsilli olduğunu daha çox hiss etdirmək üçün onu səsləndirmək üçün ingilis Kara Tebold seçilmişdir.[9]

Oyunda Treyser "hücumçu" olaraq sinifləndirilmişdir.[10] Oyunçular üçün iki ulduz (orta) çətinliyinə malik personaj kimi verilir.[11] Hücum edərəkən qısa məsafədə sürətli təsir edən Puls tapançalarından istifadə edir.[10][12] Treyser oyunun ən sürətli personajıdır.[13][14] Onun sürəti ona böyük üstünlük gətirir, rəqib komandaya isə böyük çətinlik törədir.[15][16] Ən sürətli personaj olmasına baxmayaraq oyunda can baxımından ən aşağı səviyyədə olan personajlardan biridir.[13][14]

Onun sürəti "Qırpım" və "Geri" adlı bacarıqlarla tamamlanır. "Qırpım" adlı gücü ona qısa məsafələrə teleportasiya olmağa şərait yaradır.[17] Bunun sayəsində rəqiblərə sürpriz hücumlar təşkil edə bilir.[10] "Geri" gücü sayəsində isə Treyser zamanda 3 saniyə geriyə gedə bilir, silahları və can səviyyəsi yenidən dolur.[10] Onun xüsusi gücü isə "Puls bombası" adlanır.[10][12]

Oyuna görə Treyserin əsl Lena Okstondur, 26 yaşı var, əsasən London ətrafında fəaliyyət göstərir.[11][18] Macəraçı və Overwatch təşkilatının keçmiş casusudur. Əla pilotluq bacarığına görə təşkilata götürülən Treyser ən gənc üzv olmuşdur. Treyser Slipstrim adlı teleportasiya xüsusiyyətinə malik qırıcı təyyarənin uçuş sınağına cəlb edilmiş,[1] lakin uçuş zamanı təyyarənin teleportasiya matriksi sıradan çıxmış və Treyser ölmüş elan olunmuşdur. Daha sonra Treyser peyda olmuş, lakin qəza nəticəsində indiki zaman sinxonizasiya olmağı bacarmayıb, görünüb-yox olmaya başlamışdır. İndiki zamanda öz fiziki formasını sabit saxlamağı bacarmayan Treyserin problemini həll etməyə çalışan Vinston onun üçün xronal akselerator düzəltmişdir.[18] Bu hadisələr Omnik krizis zamanı baş vermişdir.[19]

Treyser BlizzCon 2014 tədbirində nümayiş etdirilmiş treylerdən.

2014-cü ilin noyabrında Treyser Vinstonla birlikdə oyunun kinematoqrafik treylerində görünmüşdür. Treylerdə Treyser və Vinston Talon adlı terrorçu qruplaşmanın üzvləri olan Biçinçi və Dulburaxana qarşı döyüşürlər.[19][20] Overwatch oyununu anons edən bu treyler BlizzCon 2014 tədbirində nümayiş etdirilmişdir.[21] Dulburaxan və Biçinçi xüsusi bir əlcəyi oğurlamaq üçün muzeyə daxil olurlar, lakin Treyser və Vinston onlara mane ola bilirlər.[19]

2016-cı ilin martında "Çağırış" adlı ilk qısa animasiyada Treyserin ancaq şəkli görünmüş və səsi eşidilmişdir. Animasiyada Vinston Overwatch casusları ilə yenidən əlaqə saxlamağa qərar verir və Treyseri seçir.[22] Overwatch dünyasına görə bu hadisələr 2014-cü ildəki treylərdə baş verən hadisələrdən öncə baş verir.[18] 2016-cı ilin aprelində Treyser "Canlı" adlı ikinci animasiyada peyda olmuşdur.[23] Animasiyada Treyser insanlarla omniklər arasında dünya sülhünü gətirmək üçün omnik rahiblərin təşkil etdiyi Şambali təşkilatının başçısı Texarta Mondattaya sui-qəsd təşkil etməyə çalışan Dulburaxanı dayandırmağa çalışır.[19][24][25] Treyser Mondattanı qoruya bilmir, Dulburaxan onun xronal akseleratorunu zədələyir.[19]

2017-ci ilin iyulunda Ölüm yumruğunun keçmişindən bəhs edən animasiya buraxılmışdır.[26] Animasiyada Treyser, Qenci və Vinston Ölüm yumruğunu dayandırmağa çalışırlar. Ölüm yumruğu Treyserin xronal akseleratorunu məhv edir və Treyser indiki zamana sinxronizasiya ola bilmir.[26]

Treyser Overwatch-ın rəqəmsal komikslərində – 2016-cı il dekabr buraxılışında ("Əks olunmalar") peyda olmuşdur.[27] Komiks Maykl Çu tərəfindən yazılmış, Miki Montllo tərəfindən çəkilmişdir.[28] Komiksə görə Treyserin Emili adlı qızla romantik münasibəti var, hətta bir səhnədə onlar öpüşürlər.[29] Bununla Treyserin lezbiyan olduğu təsdiqlənmişdir.[27] Rusiyanın gey propaqandasına qarşı qadağası ilə problem yaşamamaq üçün Blizzard bu buraxılışı Rusiyada yayımlamamışdır.[30] Treyser komiksin 2017-ci il aprel buraxılışında da ("Yüksəlmə") peyda olmuşdur.[31]

Treyser Heroes of the Storm oyununun 2016-cı il aprel yeniləməsində oyunda daxil edilmişdir.[32][33] Bundan əlavə, personaj 2018-ci il istehsalı və Ernest Klaynın eyni adlı romanı əsasında çəkilən "Birinci oyunçu hazırdır" filmində də görünmüşdür.[34]

  1. 1 2 Hall, Charlie. "A guide to the first 12 characters in Blizzard's Overwatch". Polygon. November 7, 2014. September 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  2. McDonnell, Ken. "Overwatch's Tracer Is Actually A Character From Blizzard's Failed MMO, 'Titan'". Moviepilot. April 27, 2016. March 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  3. "Designing Overwatch: From Titan To Torbjorn". Game Informer. August 24, 2016. October 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
  4. 1 2 Yin-Poole, Wesley. "Blizzard's Jeff Kaplan traces line from Project Titan to Overwatch". Eurogamer. March 14, 2017. March 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
  5. Whittaker, Matt. "Blizzard Talks Overwatch's Balance, Progression, What Makes Tracer Rad". Hardcore Gamer. May 2, 2016. March 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2016.
  6. Orland, Kyle. ""When it's done": How Blizzard dragged Overwatch across the launch threshold". Ars Technica. May 25, 2016. September 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2016.
  7. Marks, Tom. "How Blizzard is making up Overwatch's story as it goes". PC Gamer. December 10, 2015. səh. 2. May 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  8. O'Dwyer, Danny; Haywald, Justin. "The Story of Overwatch: The Complete Jeff Kaplan Interview". GameSpot. April 26, 2016. May 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  9. "Voice of Tracer". Behind the Voice Actors. May 27, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  10. 1 2 3 4 5 "Overwatch hero guide: Tracer". VG247. May 24, 2016. May 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  11. 1 2 "Heroes – Tracer". Play Overwatch. May 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  12. 1 2 Cooper, Sammy. "Overwatch: Character Guide – Offence". Gamereactor. May 24, 2016. May 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  13. 1 2 Schneider, Steven. "'Overwatch': The Ultimate Guide To Every Character In The Game". Tech Times. May 28, 2016. May 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  14. 1 2 Stubbsy, Mike. "Overwatch beginner's guide: Pros and cons for every character in Blizzard's shooter". International Business Times. May 24, 2016. May 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  15. Figueira, Matthew. "Overwatch hands on: crazy characters, crazy fun". Critical Hit. August 12, 2015. February 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  16. Star, Bryan. "'Overwatch' Reviews: Does Blizzard Have a Hit First-Person Shooter?". Inquisitr. May 29, 2016. May 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2016.
  17. Savage, Phil. "Overwatch review". PC Gamer. May 27, 2016. February 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  18. 1 2 3 Purchese, Robert. "Yes, Overwatch has a story. Here's everything you need to know". Eurogamer. May 23, 2016. June 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  19. 1 2 3 4 5 Ramos, Jeff. "The definitive Overwatch timeline". Polygon. May 24, 2016. June 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  20. Overwatch Cinematic Trailer. PlayOverwatch. YouTube. November 7, 2014. June 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  21. Schreler, Jason. "Blizzard Announces Overwatch". Kotaku. November 7, 2014. January 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  22. Overwatch Animated Short "Recall". PlayOverwatch. YouTube. March 23, 2016. June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2016.
  23. Overwatch Animated Short "Alive". PlayOverwatch. YouTube. April 5, 2016. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  24. McWhertor, Michael. "Overwatch's second animated short sets its sights on Widowmaker". Polygon. April 3, 2016. January 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2017.
  25. Mascarenhas, Hyacinth. "Watch Widowmaker and Tracer battle it out in Blizzard's second Overwatch animated short Alive". International Business Times. April 4, 2016. May 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  26. 1 2 Plante, Corey. "Doomfist Beats Down Three Heroes at Once in New 'Overwatch' Video". Inverse. July 6, 2017. August 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 6, 2017.
  27. 1 2 Frank, Allegra. "Overwatch's new comic confirms game's first queer character". Polygon. December 20, 2016. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2016.
  28. Rieseman, Abraham. "Overwatch Character Tracer Revealed As Queer". Vulture. December 20, 2016. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2016.
  29. Serrao, Nivea. "Overwatch comic confirms popular character is a lesbian". Entertainment Weekly. December 21, 2016. December 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2016.
  30. Matulef, Jeffrey. "Overwatch webcomic blocked in Russia over gay character". Eurogamer. December 20, 2016. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2016.
  31. Frank, Allegra. "Overwatch's new comic sets the stage for its next big event". Polygon. April 5, 2017. April 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2017.
  32. Tracer Spotlight – Heroes of the Storm. Heroes of the Storm. YouTube. April 15, 2016. April 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2016.
  33. Pereira, Chris. "New Heroes of the Storm Patch Adds Overwatch's Tracer, Tweaks Maps and Characters". GameSpot. April 19, 2016. June 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2016.
  34. Hussain, Tamoor. "New Ready Player One Trailer Features Overwatch And Street Fighter Cameos". GameSpot. December 10, 2017. December 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Videooyunlar portalı П:  LGBT portalı