Triceratops prorsus

Triseratops (lat. Triceratops) — ceratopsidae fəsiləsinə aid heyvan cinsi.

Triseratops
LA-Triceratops mount-2.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Son Təbaşır dövründə yaşamış buynuzlu dinozavrlar yarımdəstəsindən qazıntı halda tapılmış sürünən heyvan cinsi. Uzunluğu 6 metrədək, başında 3 buynuz (qısa burun və iki uzun alın buynuzu) olmuşdur. 4 nəhəng ayaq üzərində hərəkət etmişdir. Ot bitkiləri ilə qidalanmışdır. Qalıqları Şimali Amerika çöküntülərindən məlumdur.

Təsvir[redaktə | mənbəni redaktə et]

Triceratopsun yerdən olan hündürlüyü 2,5-3metr, uzunluğu başından quyruğuna qədər 9-10,5metr, çəkisi 6,1 - 12 ton olmuşdur. Bütün dinozavr növləri arasında ən böyük kəllə strukturuna malik olmuşlar. Kəllənin uzunluğu bəzi hallarda heyvanın bədənin uzunluğunun 1/3 qədər ola bilirdi və uzunluğu 2,5 metrə çatırdı. Əlavə olaraq başda yerləşən və uzunluğu 1 metrə qədər olan buynuzlara malik olmuşdur. Bütün dinozavrlar arasında ən güclülərdən biri sayılır. Həmçinin, başqa dinozarvlardan fərqli olaraq Triceratopsun bədəni üzərində tükə bənzər strukturlar olmuşdur.

Növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]