triller
trilobitlər
OBASTAN VİKİ
Trilobitkimilər
Trilobitkimilər (lat. Trilobitomorpha) — Buğumayaqlılar (lat. Arthropoda)tipinə aid nəsli kəsilmiş yarımtipdir. == Ümumi xarakteristika == Trilobitlər dəniz buğumayaqlılarıdır. Onlar paleozoyun ortalarında geniş yayılmış, paleozoyun axırlarında isə nəsli kəsilmişdir. Qazıntı halında tapılmış qalıqlarına əsasən trilobitlərin 4000-ə qədər növü təsvir edilmişdir. Trilobitlər kembri, ordovik, silur, devon dövrlərində çoxsaylı olmuş, karbonda onların sayı azalaraq, permdə tamamilə nəsli kəsilmişdir. Onların qazıntı halında tapılmış, yaxşı saxlanılmış möhkəm zirehləri paleozoyun əvvəllərində geoloji sistemin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. == Xarici quruluşu == Trilobitlərin bədən ölçüləri 2-10 sm, nadir hallarda 75 sm olan buğumayaqlılardır. Primitiv quruluşlu nümayəndələrinin bədəni 2 şöbədən: baş və homonom buğumlu gövdədən ibarətdir.
Trilobitlər
Trilobitlər (lat. Trilobita) — Buğumayaqlılar tipinə aid nəsli kəsilmiş heyvanlar sinfi.