tropopauza
tros
OBASTAN VİKİ
Troposfer
Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17–18 km, mülayim enliklərdə 10–11 km, qütblərdə 7–8 km-dir. "Hava fabriki" adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir. Troposferdən yuxarı qalxdıqca temperatur aşağı düşür. Yerə ən yaxın təbəqədir.
Troposferdə inversiya
Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir. Inversiya qatınınaşağı və yuxarı sərhədlərində temperatur fərqi 1°C-dən də azdan 10–15 °C və artıq olur.

Значение слова в других словарях