Henri Corc Farmer
Henri Corc Farmer (17 yanvar 1882, Birr[d], Lenster – 30 dekabr 1965, Saut-Lanarkşir[d]) — ingilis musiqişünası.
== Həyatı ==
Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağai, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir.
"13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir.
== İstinadlar ==
== Mənbə ==
Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.