tunika

tunika
tungyağı 2021
tunq
OBASTAN VİKİ
Tunika
Tunika (lat. Tunica) — Ağ yundan və kətandan qədim Roma geyimi. Qısa qollu uzun köynək idi. Üst paltarın altından geyilirdi. E.ə. 1-ci minilliyin əvvəllərinə aid aşşur təsvirlərində midiyalılar üstdən heyvan dərisi bərkidilmiş tunika ilə təsvir edilirdilər. ASE, "Tunika", Bakı, 1986, səh. 373.
Tunikalılar
Sürfəsixordalılar, qişalılar və ya Tunikalılar (lat. Tunicata, Urochordata) — xordalılar tipinə daxil olan yarımtip. Bura 5 sinif aiddir. 100-dən çox növü məlumdur. Bu heyvanlarda xorda yalnız sürfə mərhələsində olur. Yarımtipin adı da buradan götürülmüşdür. Bunlar dənizdə oturaq həyat keçirir. Bəziləri zəif hərəkətlidir. Bədən pərdə və ya tunika adlanan xüsusi qatla örtülüdür. Suyu süzməkİə passiv qidalanır.
Stalin tunikası
Stalin tunikası və ya Stalinka — İosif Stalinlə əlaqəli tunika və ya gödəkçə növü. 1920-ci illərdən 1950-ci illərə və sonralar Sovet İttifaqında hökumət rəsmiləri (və İkinci Dünya Müharibəsindən sonra Sovet peyk dövlətlərinin rəsmiləri) tərəfindən tez-tez siyasi forma kimi geyilirdi. Birinci Dünya Müharibəsində meydana çıxan İmperator Rusiya Ordusunun "Fransız tunikası"ndan təkamül edib. Fərq onda idi ki, Stalinkanın yumşaq yaxası var idi. Onun sadə üslubu Stalinin daha mürəkkəb quruluşlu paltarları geyinməkdən imtina etməsi və lider üçün obraz yaratmağa çalışan sovet modelyerləri tərəfindən edilən son dəyişikliklər nəticəsində yaranıb.