tunqus

tunqus
tunq
tunqus-mancur
OBASTAN VİKİ
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. == Qısa məlumat == Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır === Yuxarı axar === Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Tunqus-mancur dilləri
Tunqus-mancur dilləri — Sibirdə (Uzaq Şərq daxil olmaqla), Monqolustanda və Çinin şimalında Altay makroailəsinə daxil olan qohum dillər. Altay dillərinə aid edilsə də coğrafi yaxınlığa görə tunqus-mancur dilləri ilə qarşılıqlı təsirin və yaxın dillərin olduğu fərziyyəsi də var. Sibirdə özünü tunqus-mancur dillərinə aid edən 72 058 nəfər var (2002-ci il siyahıyaalınması). evenklər — 34 989 nəfər evenlər — 18 886 nəfər nanaylar — 11 947 nəfər ullər — 2852 nəfər udegeylər — 1622 nəfər orolarr — 644 nəfər negidallar — 527 nəfər oroklar — 327 nəfər tazlar — 276 nəfər Əslində tunqus-mancur dillərində danışanların sayı azıdr. Belə ki, bu dilləri əsasasən yaşlı nəsil bilir, məktəblərdə isə bu dillər zəif keçilir. Kiril qrafikalı əlifbalı dillər siyahısı Сравнительный словарь тунгусо-маньчжурских языков: Материалы к этимологическому словарю. В 2-х томах / Отв. ред. В. И. Цинциус. Т. I, Л.: Наука.
Podkamennaya Tunquska
Podkamennaya Tunquska ('Orta Tunqus, Çulakan, Kа'tanqa) (evenk Дулгу Катэнӈа, rus. Подкаменная Тунгуска) — Rusiyanın Sibir ərasisində yerləşən çay. İrkutsk vilayəti ərazisindən başlayaraq Krasnoyarsk diyarından axaraq Yenisey (sağ qolu) çayına tökülür. Yayla ərazisindən axan çay yüksək axın sürətinə malikdir. Çayın uzunluğu 1865 km, hövzəsinin sahəsi 240 min km² təşkil edir. Orta Sibir yaylasından axır. Yuxarılarda çay dərin dərələrlə axır və Katanqa adlanır. Ümumulikdə Podkamennaya Tunquskanı dağ çayı adlandırmaq olar. Bəzi yerlərdə çay vulkanik suxurların arasından axır. Yuxarı axarlarda çay xüsusi ilə sərt suxurların arasında 3–4 m/s sürətlə axır.
Tunquska meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".

Значение слова в других словарях