tunqus
tunqusca
OBASTAN VİKİ
Tunqus-mancur dilləri
Tunqus-mancur dilləri — Sibirdə (Uzaq Şərq daxil olmaqla), Monqolustanda və Çinin şimalında Altay makroailəsinə daxil olan qohum dillər. Altay dillərinə aid edilsə də coğrafi yaxınlığa görə tunqus-mancur dilləri ilə qarşılıqlı təsirin və yaxın dillərin olduğu fərziyyəsi də var. Sibirdə özünü tunqus-mancur dillərinə aid edən 72 058 nəfər var (2002-ci il siyahıyaalınması). evenklər — 34 989 nəfər evenlər — 18 886 nəfər nanaylar — 11 947 nəfər ullər — 2852 nəfər udegeylər — 1622 nəfər orolarr — 644 nəfər negidallar — 527 nəfər oroklar — 327 nəfər tazlar — 276 nəfər Əslində tunqus-mancur dillərində danışanların sayı azıdr. Belə ki, bu dilləri əsasasən yaşlı nəsil bilir, məktəblərdə isə bu dillər zəif keçilir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Сравнительный словарь тунгусо-маньчжурских языков: Материалы к этимологическому словарю. В 2-х томах / Отв. ред. В. И. Цинциус. Т. I, Л.: Наука.
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. == Qısa məlumat == Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır === Yuxarı axar === Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir. == Xarici keçidlər == Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Mancur–Han İmperator Ziyafəti
Mancur–Han İmperator Ziyafəti (çin. ənən. 满汉全席, sadə. 滿漢全席, pinyin: Mǎnhàn quánxí) — Çinin Tzin sülaləsi dövründə (1636–1912) inkişaf etdirilmiş mancur və Han mətbəxinin elementlərini birləşdirən yemək bişirmə tərzi və ziyafət növü. Mənşəyi mübahisəlidir, lakin XIX əsrdə bu üslub məşhurlaşmış, XX və XXI əsr restoranlarında təqlid edilmişdir. == Replikalar == 1720-ci ildən bəri orijinal "Manhan Quanxi"ni təkrarlamaq üçün cəhdlər edilmişdir və 1980-ci illərin sonunda müəyyən bir replikanın bir milyon Yaponiya yeninə başa gəldiyi təxmin edilmişdir. Yeməkdə istifadə edilən heyvanların çoxu bu gün nəsli kəsilməkdə olan növlərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chang, Michael G., 12 // Of Feasts and Feudatories: The Politics of Commensal Consumption at the Early Kangxi Court, Leiden: Brill, 2017, 307–329, ISBN 9789004353459 Kuang, Lanlan. "China's Emerging Food Media: Promoting Culinary Heritage in the Global Age". Gastronomica.