tur
tur-agentlik
OBASTAN VİKİ
Tur
Tur (şəhər)
Agent-transfer
Agent 007
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) == Ceyms Bond haqqında filmlər == == Xarici keçidlər == Ceyms Bond əslində kim idi?
Agent 47
Agent 47 — Hitman adlı videooyun seriyasındakı xəyal məhsulu olan bir baş qəhrəmandır. IO Interactive tərəfindən hazırlanmışdır və səsləndirməsini David Bateson etməkdədir. Agent 47, 5 sentyabr 1964-cü ildə Rumıniyada alman həkim Otto Wolfgang Ort-Meyer tərəfindən genetikası dəyişdirilərək yaradılmış birinci sinif bir insan klonudur. Agent 47 doğulduğunda ona ad yerinə ona təyin edilən 640509–040147 kodu verilmişdir və eyni zamanda bu kod başının arxasında barkod şəklində bir döymə olaraq görünməkdədir. Agent 47'nin adı isə bu kodun son iki rəqəmindən alınmışdır. Ümumiyyətlə qara kostyumlu, qırmızı qalstuklu, qara əlcəkli bir şəkildə görünür və Silverballer adındakı silahını heç bir zaman yanından ayırmaz. Xarakterik olaraq, Agent 47 lazımsız danışıqlardan qaçınan, soyuq qanlı, ətrafını yaxşı gözləyəbilən, hissləri qüvvətli və ən əsası hər zaman qarşılaşdığı hadisələr əsnasında tez və alternativ vəziyyətləri düşünə bilən ağıllı bir agentdir. Ətrafındakı hər cür əşyanı silah olaraq istifadə edə bilməsi və müxtəlif silah növlərini ustalıqla istifadə onu digər təhsilli agentlərdən və suiqəstçilərdən üstün etmişdir. Agent 47 Beynəlxalq Kontrakt Agentliyinə bağlı olaraq çalışan bir sui-qəsdçi, eyni zamanda bir agentdir. Vəzifələri və ya hədəfləri haqqındakı xülasə məlumatları, yenə eyni kontrakt agentliyində çalışan Diana Burnwood adlı xanımdan alır.
Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. == Agentlərin əsas funksiyası == Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
Xarici agent
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. == Tarixi == === "Qeyri-kommersiya təşkilatları haqqında" qanun === 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi.2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. === KİV — Xarici agentlər === 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə == Xarici agent statusu almış bəzi məşhur şəxslər == İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron == Reaksiyalar == === Rusiya === Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. === Beynəlxalq === Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." == Mədəniyyətdə == Oxxxymiron — "Agent"(rus.
Tur (rayon)
Tur (fr. Tours) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Tur. Rayon əhalisi 2006-cı ildə 447 486 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon sahəsi — 2629 km².
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Tur (şəhər)
Tur (fr. Tours [tuʁ] dinlə, lat. Turones, Caesarodunum Turonum, Augusta Turonum) — Luara çayı üzərində, Şer çayı ilə birləşdiyi Fransa şəhəri. İndre və Luara şöbəsinin inzibati mərkəzi. Əhalisi 142,000 (şəhər) və 297.630 (şəhərətrafı şəhər yerləri ilə) insanlar (2006). Luara Vadisinin şərab mərkəzi. Turun tarixi bölgəsinin əsas şəhəri. Böyük nəqliyyat qovşağı - dəmir yolu stansiyası, hava limanı var.
Tur Heyerdal
Tur Heyerdal (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. == Həyat və fəaliyyəti == Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya,Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tur Surəsi
52-ci surə
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
Tur xan
Tur xan (Turan xan)(Türk) - türk və altay mifologiyasında əfsanəvi xaqan. Türklərin atasıdır. İran tarixinin əfsanələrində, onların baş düşmənidir. Göytürk çağında iranlılar, "Turan" adını Göytürklərlə əlaqələndirir. Türk qövmləri İran əfsanələri ilə tanış olduqlarında, şəxsən özlərini Turanın qövmü olaraq görməyə başlamışlar və özlərini qürurla Turanın kralı Əfrasyabın vətəndaşı saymışlardır. Etrusklarda Turan adlı bir sevgi və həyat Tanrıçası vardır və etrusk dilində qayda qoymaq mənası ehtiva edər. Maraqlı bir şəkildə monqolcada Dur/Dura və tuvaca Tura sözcüyü sevgi, istək və arzu mənaları daşıyarkən, mançurcada Doron sözcüyü qanun (qanun) deməkdir. Fars-tacik şairi Firdovsinin Şahamə əsərində Tur Firidunun oğludur. Şahnaməyə görə Firidun qocalıqdan sonra ölkəsini üç oğlu arasında üç yerə bölür və Turanı Tura, Rumu Səlmə, İranı isə İrəcə verir. Səlm İrəci İranı atası ona verib deyə qısqanır, buna görə də Turu da aldadıb öz yoluna kəçərək İrəclə müharibəyə başlayır.
Xarici agent (Rusiya)
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan(en) daha yüngül olduğunu bildirirlər. == Tarixi == === "Qeyri-kommersiya təşkilatları haqqında" qanun === 29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi.2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb. === KİV — Xarici agentlər === 25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir: qeydiyyatdan keçmiş dini qurumlara dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında(ru), Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə == Xarici agent statusu almış bəzi məşhur şəxslər == İlya Varlamov(ru) Rövşən Əsgərov Maksim Qalkin(ru) Morqenştern(ru) Oxxxymiron == Reaksiyalar == === Rusiya === Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər. === Beynəlxalq === Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa." == Mədəniyyətdə == Oxxxymiron — "Agent"(rus.
Pramudya Ananta Tur
Pramudya Ananta Tur (indon.Pramoedya Ananta Toer; 6 fevral 1925 və ya 20 fevral 1925 – 30 aprel 2006 və ya 29 aprel 2006, Cakarta) — indoneziyalı yazıçı. “1945-ci il nəslinin” üzvü və fəal iştirakçılarından biri olmuşdur. == Tərcümeyi halı == Pramudya Ananta Tur 1925-ci ilde Yava adasının şimalında yerləşən Ducs şərqi Hndistanın şərqində yerləşən Blorədə anadan olub. o, ailənin birinci övladı olub. Onun atası Blorədə məktəb direktoru və müəllim kimi işləyib. Anası isə düyü yığınında işləyən qadın olub. Babası isə müsəlman olub və Məkkəyə gedib. O ilk avtobioqrafik əsərində də bunu qeyd edib. Həmçinin bu əsərindən onun əsl adının Pramudya Ananta Maostur olduğunu vurğulayır. Atasının kitaba marağı çox olduğundan, onun evdə böyük kitabxanasının olması səbəb olmuşdur.
Tur de Frans
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. == Yarışmanın prinsipləri == Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun.Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı.Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. == Köynəklər == === Sarı köynək Le maillot jaune === Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş.
Agent Herrit: Bloq müharibəsi
Agent Herrit: Bloq müharibəsi — 2010-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Faverj-de-la-Tur
Faverj-de-la-Tur (fr. Faverges-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38162. Kommunanın 1999-cu il üçün əhalisi 1107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) - Dj Sineddin 14 may 2011 - 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5-19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.
La-Tur-dyu-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
La-Tur-dü-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Serezen-de-la-Tur
Serezen-de-la-Tur (fr. Sérézin-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38481. Kommunanın 1999-cu il üçün əhalisi 611 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 466 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Tur Heyerdal Ekspozisiya Muzeyi
Tur Heyerdal Ekspozisiya Muzeyi — Qərb Universitetində fəaliyyət göstərən muzey. Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir. == Tarixi == Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur. Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur. == Yeri == Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir. == Eksponatları == Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır.
Agent 007: Spektr (film, 2015)
Agent 007: Spektr filmi rejissor Sem Mendes tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Deniel Kreyq, Kristof Valts və Lea Seydu ifa edirlər. == Məzmun == Keçmişdən gələn şifrəli mesaj nəticəsində Ceyms Bond əvvəlcə Mexikoya və sonra gözəl Lüsiya ilə tanış olacağı Romaya yollanır. Burada Bond "Spektr" adlı gizli bir təşkilatın varlığını aşkar edir. O, bu təşkilatın cinayətlərini üzə çıxarmaq üçün köhnə düşməni Mistr Vaytın qızı Madleni axtarır. Bond təşkilatın içində irəliyə doğru hərəkət etdikcə Frans Oberhauzer və onunlar bağlı heyrətamiz məqamların üstü açılır.
газогенера́тор запе́ниваться моски́тка ни сто́лечко по-семе́йному подбо́йный ха́ккер шлемообра́зно яйцево́й запакова́ться ре́льсовый самопря́лка дилижанс доломан дородор autoradiography black dog clothes-line horse blanket pien spoils вторгнуться нарываться убавить червячный