turanlı

turanlı
turani 2021
turanpərəst
OBASTAN VİKİ
Fərhad Turanlı
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin professor Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. == Həyatı == Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs.