təbliğat-təşviqat
təbliğatçılıq
OBASTAN VİKİ
Təbliğatçı (qəzet)
Azərbaycan kommunisti (Азәрбајҹан коммунисти) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aylıq nəzəri və siyasi jurnalı. Jurnalın ilk nömrəsi 1939-cu ilin iyulunda Bakıda Azərbaycan dilində çıxmışdır. Əvvəlcə "Propaqandist", 1944-cü ilin martından "Təbliğatçı", 1957-ci ilin martında "Azərbaycan kommunisti" adı ilə nəşr olunmuşdur. Jurnal marksizm-leninizm nəzəriyyəsi, marksist fəlsəfə, siyasi iqtisad, Sovet İttifaqı Kommunist Partiyası və Azərbaycan Kommunist Partiyası tarixi, partiya quruculuğu, elm və mədəniyyət, ədəbiyyat və incəsənətin aktual məsələrini işıqlandırmışdır. Dünya kommunist və fəhlə hərəkatına, beynəlxalq münasibətlərə, sosialist ölkələrinin qarşılıqlı əməkdaşlığına, burjua ideologiyasının tənqidinə dair məqalələr dərc etmişdir. Jurnal partiya təşkilatlarının iş təcrübəsini yaymış, təbliğatçı və təşviqatçılara kömək məqsədilə məsləhətlər vermişdir. 1976-cı ildə aylıq tirajı 42 min olmuşdur. Naməlum tarixdə ləğv edilmişdir.
Azərbaycan Respublikasının əməkdar təbliğatçılarının siyahısı
Akim Əliyeviç Abbasov — 30.05.1991

Значение слова в других словарях