təhlil-tədqiq
təhlilçi
OBASTAN VİKİ
Təhlil
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. == Metodologiyası == Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. == Qalaqlamaq == Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. == Tərifi == K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. == Statistik iqtisadi təhlil == Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Sosial tənqid
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Materializm və Empirio-tənqid
Materializm və Empirio-tənqid (rus. Материализм и эмпириокритицизм, Materializm i empiriokrititsizm) — Vladimir Leninin 1909-cu ildə çap olunan fəlsəfi əsəri. Əsər "Marksist-Leninist fəlsəfə" adlanan kurikulumun bir hissəsi və dialektik materializmin başlıca nümunəsi kimi SSRİ-dəki bütün ali təhsil müəssisələrində məcburi olaraq oxunurdu. Lenin insanın persepsiyalarının obyektiv xarici dünyanı düzgün və dəqiq şəkildə əks etdirdiyini iddia edirdi. Lenin bu sözləri ilə idealizm və materializm arasında fundamental təzad yaradır: "Materializm obyektlərin öz-özlüyündə, başqa sözlə desək, şüurun xaricində mövcud olduğunu təlqin edir; ideyalar və sensasiyalar isə bu obyektlərin surəti və ya əksidir. Buna əks doktrina olan idealizm isə obyektlərin şüurun xaricində mövcud olmadığını və "sensasiyaların birləşməsi" olduğunu deyir". == Arxa plan == Tam adı Materializm və Empirio-tənqid. Reaksionist fəlsəfəyə dair tənqidi şərhlər olan əsər 1908-ci ilin oktyabr ayı boyunca, Lenin Cenevrə və Londonda sürgündə olarkən yazılır və Zveno nəşriyyatı tərəfindən 1909-cu ilin mayında Moskvada çap edilir. Əsərin yazılması üçün toplanmış məlumatlar və əsərin orijinal əlyazması itirilmişdir. Londonda keçirdiyi bir ayı çıxmaq şərti ilə, Lenin əsərin böyük əksəriyyətini Cenevrədə olarkən yazır.
Bakı Azad Tənqid-Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.