Təhzibül-əxlaq
Təhzibül-əxlaq - Abbasqulu ağa Bakıxanovun pedaqogika və psixologiyaya dair elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəri. Fars dilində qələmə alınan bu əsər 12 fəsil və nəticədən ibarətdir. Müəllif əsərdə cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklinə salaraq təqdim edir. Əsər, Sovet dövründə pedaqoji bir əsər kimi qiymətləndirilsə və dini-təsəvvüfi məzmunu ilə didaktik yönü gözardı edilsə də, əsərdə Şərq ədəbiyyatında geniş yayılan klassik dini-təsəvvüfi və didaktik xarakterli əsərlərin XIX əsr elmi və metodologiyası ilə birləşdirildiyi və dövrün tələbləri nəzərə alınaraq sintezə nail olunduğu görünür.
== Tədqiqi ==
Bakıxanovun əxlaq düşüncəsi, xüsusilə də "Təhzibül-Əxlaq" əsəri ilə bağlı ən geniş tədqiqat Heydər Hüseynov tərəfindən aparılmışdır. Rus dilinə və Azərbaycan türkcəsinə tərcümə edilmiş olan bu əsərin indiyədək tənqidi mətni hazırlanmayıb. Qeyd etmək lazımdır ki, əsərin hər iki dilə edilən tərcümələrində bir sıra səhvlər və uyğunsuzluqlar mövcuddur. Əsərin bir digər tədqiqatçısı Dr. Elmin Əliyevdir. O,“ Abbaskulu Bakühanlı ve Ahlak Düşüncesi” adlı dissertasiyasında “Təhzibül-Əxlaq” əsərinin Bakıxanov üçün önəminə diqqət çəkir.