təqvim-məlumat
təlaş
OBASTAN VİKİ
Təlafər
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. Mosul (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Təlafər qəzası
Təlafər qəzası (ərəbcə: قضاء تلعفر) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlafər şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.453 km² ərazini əhatə edir. İnzibati cəhətdən dörd nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Təlafər nahiyyəsi (ərəbcə: ناحية تلعفر), Zimmər nahiyyəsi (ərəbcə: ناحية زمار), Rəbiyyə nahiyyəsi (ərəbcə: ناحية ربيعة) və Ayadiya nahiyyəsi (ərəbcə: ناحية العياضية) 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlafər qəzasının əhalisi həmin tarixdə 425.861 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Təlafər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 13.71%-ni təşkil edirdi. Qəzanın inzibati mərkəzi olan Təlafər şəhəri monoetnik türkman şəhəridir. Şəhərdə yaşayan türkmanaların 75%-i şiə, 25%-i isə sünni müsəlmanlardır. Bütün qəza əhalisi oturaq olsa da tayfa quruluşunu saxlamışdır və qəza ərazisində toplam 82 tayfa yaşayır. Onalardan 51-i türkman tayfasıdır.
Təlafər şəhəri
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. Mosul (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Təlatüm (film, 2006)
Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir.
Sinu (Təlafər)
Sinu (türk. Sinu, ərəb. سينو‎) — İraqın Ninəvə mühafazasının Təlafər qəzasının mərkəzi nahiyyəsində kənd. Sinu kəndi 2014-ci ildə İŞİDin yürüşünə məruz qalaraq 90%-ə qədəri viran edilmişdi. Kənd isə ilk olaraq qonşu Səncər qəzasına təxliyə edilərək oradan da İraqın cənubuna qaçqın düşmüşlər. 2017-ci ildə Sinu kəndi İŞİDin işğalından azad edilib. Kənd Mosuldan 80 km, Təlafərdən isə 25 km qərbdə Səncər qəzasının qonşuluğunda yerleşir. Sinudan Suriya sərhəddinə qədər cəmi 38 km məsafə var. Kənd 400 evdən ibarət olaraq 2,000 nəfərdən çox əhalisi vardır. Sinu kəndi monoetnik Türkman kəndidir və əhalisi Azərbaycan dilinə çox yaxın bir Türk dilində danışırlar.
Təlal qətliamı
Təlal qətliamı — 1517-ci ildə, Osmanlı–Məmlük müharibəsinin sonunda Osmanlı imperiyasının Suriyanı tamamilə ələ keçirməsi ilə Hələb şəhərində ələvilərə qarşı həyata keçirilmiş qətliam. Qətliam Osmanlı sultanı I Səlimin bəzi sünni dini liderlərini çağırıb onlardan "kafir" ələvilərlə mübarizə üçün fətva alması ilə başlamışdır. Qətliamın nəticəsində Hələbdə toplaşan 9,400 şiə kişi kütləvi formada öldürülmüşdür.