Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tela
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Gela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Tələ
Tələ (film, 1990)
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
Tyla
Tyla (azərb. Tayla‎; 30 yanvar 2002, Edenveyl[d], Qautenq vilayəti) — CAR-dan olan müğənni-mahnı yazarı. Amapiano janrındakı mahnılarına görə tanınır. O, Yohannesburqda böyümüş, 2019-cu ildə yayımladığı debüt sinqlı "Getting Late" (feat. Kooldrink)-nin uğurundan sonra Epic Records-dan müqavilə təklifi almışdır. 2023-cü ildə çıxardığı sinqlı "Water" CAR, Birləşmiş Krallıq və ABŞ hit-paradlarında ilk onluğa daxil olub. Sözügedən mahnısı 2024-cü ildə ona "Afrikalı musiqiçi tərəfindən ən yaxşı musiqi performansı" kateqoriyası üzrə "Qremmi" mükafatı qazandırıb. Bu mahnı onun 2024-cü ildə çıxardığı öz adını daşıyan debüt studiya albomunda da yer alıb. "Tyla" rəğbətlə qarşılanmış və kommersiya baxımından müsbət nəticə göstərmişdir. Albom ABŞ da daxil olmaqla bir sıra ölkələrin albom hit-paradlarına düşüb.
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
III Bela
Kral III Bela (mac. 'III. Béla; 1148[…], Macarıstan krallığı – 23 aprel 1196, Macarıstan krallığı) - Macarıstan və Xorvatiyanın kralı. Bizans imperatoru I Manuelin sarayında Manuelin oğlu doğulana qədər Bizans imperiyasının gələcəkdəki imperatoru olacağı düşüncəsi ilə böyüdülmüş və təhsil görmüşdür. Bela Macarıstanın ən güclü və dövrünün ən zəngin hökmdarlarından biridir. Belanın ildə 23 ton saf gümüş gəliri var idi. Bu Fransa kralı üçün o dövrdə 17 ton, ingilis kralı üçün isə təxminən 10 ton idi. == İlk illəri == Macarıstan kralı II Qeza ilə Kiyevli Yefrosinin ikinci oğlu olmuşdur. 1161-ci ildə atası tərəfindən Xorvatiyanın və Dalmasiyanın hersoqu təyin edilmişdir. 31 may 1162-ci ildə atasının ölümündən sonra kral olan qardaşı III Stefanın dövründə də bu vəzifəsində qalmışdır. == Despot Aleksios == 1164-cü ildə Bizans imperatoru I Manuel III Stefanla razılığa gəldi.
IV Bela
IV Bela və ya Böyük Bela (mac. IV. Béla, 29 noyabr 1206, Transilvaniya – 3 may 1270, Buda)—1235–1270-ci illərdə Macarıstan və Xorvatiyanın kralı. IV Bela həmçinin 1254–1258-ci illər ərzində Striya hersoqu olmuşdur. == Həyatı == Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Keysi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Lijepa Tena
"Lijepa Tena" (Azərbaycan dilində:”Gözəl tena”) 2009 Avroviziya Mahnı Müsabiqəsində Xorvatiyanı təmsil edən İgor Cukrov və Andrea Susnjaranın oxuduğu mahnıdır. Mahnının sözləri Vjekoslava Huljića aiddir və xorvat dilindədir. Mahnının bəstəkarı isə Tonči Huljićdir. 2009-cu il mayın 14-ü keçirilmiş II yarımfinalda 33 xalla 13-cü oldu. Lakin münsiflərin seçimi ilə finala keçdi. Finalda 45 xal toplayaraq 18-ci oldu.
Məkkə teli
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. 1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Nela Erjişnik
Nela Erjişnik (xorv. Nela Eržišnik 18 iyun 1922, Banya Luka – 14 avqust 2007) — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı. Əsl adı Nevenka Marasdır. İkinci evliliyindən sonra özünə xaç adını götürmüş, soyadını isə ərinin soyadına dəyişmişdir. Nela Erjişnik 18 iyun 1922-ci ildə Banya Luka şəhərində anadan olmuşdur. İvan və Matildanın övladıdır. Marasın uşaqlığını Qоspiç və Otoçatsda keçirir. Burada ibtidai məktəbi və bir gimnaziyanın üç sinifini bitirir. 1935-ci ildə ailə Zaqrebə köçür, burada qız Qorniqrad gimnaziyasını bitirir. Müstəqil Xorvatiya Dövlətin dövründə şəhərin baş poçt şöbəsində işləyir.
Nela Hasanbegoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Hasanbeqoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Tula Rud-e Bala (Talış)
Tula Rud-e Bala (fars. طولارودبالا‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,039 nəfər yaşayır (476 ailə).