TƏRKİ-DÜNYALIQ

bu dünyanın nemətlərindən, zövq-səfasından əl çəkib o dünyanın eşqi ilə yaşama, zahidlik; asketizm, zöhd.
TƏRKİ-DÜNYA
TƏRSA
OBASTAN VİKİ
Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.

Значение слова в других словарях