tərxisetmə
tərif
OBASTAN VİKİ
Tərxun
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Tərxun (dəqiqləşdirmə)
Tərxun — yovşan cinsinə aid bitki növü. Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki.
Tərxun (içki)
Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki. Dünyada və Azərbaycanda bir çox şirkət tərəfindən istehsal edilir. Tərxun içkisi gürcü farmakoloq Mitrofan Laqidze tərəfindən 1887-ci ildə hazırlanmışdır. 1980-ci illərdə kütləvi istehsal olunmağa başlandıqdan sonra SSRİ-də populyar içkiyə çevrilmişdir. Tərxun içkisinin hazırlanmasında tərxun, şəkər, limon şirəsi və sudan istifadə olunur.
Tərxun limonadı

Значение слова в других словарях