Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Cəfərqulu xan
Cəfərqulu xan (Undiladze)
Cəlaləddin xan
Cəlaləddin xan — Toxtamış xanın oğlu idi. I Vasilinin sarayında gizlənmişdi. Qrünvald döyüşündə Vitautasın ordusunda iştirak etmişdi. 1412-ci ildə Litva ordusu ilə Saray Batuya gələrək Timur xanı devirdi və hakimiyyəti əlinə aldı. Edigey təhlükəsini sovuşdurmaq üçün Xaculay bahadırı ona qarşı göndərsə də Edigey qalib gəldi. 1 il sonra qardaşı Kərimberdi xan tərəfindən öldürüldü.
Cəmşid xan
Cəmşid xan (v. 1667) — XVII əsrdə Səfəvi hərbi komandiri və məmuru. "Mənşəyi bəlli deyil", bir zamanlar Şirvan və Astarabad bəylərbəyi olan qulam Hacı Mənuçehr xanın oğlu hesab olunur. Cəmşid xan 1663-1667-ci illərdə şah qulam korpusunun (qullar ağası) komandiri vəzifəsində çalışmışdır. 1646-1656-cı illərdə Simnan, 1656-1664-cü illərdə Astarabad bəylərbəyi və 1663-cü ildən bir müddət sonra Qəndəhar bəylərbəyi vəzifələrini icra etdi. Xüsusilə qullar ağasının yüksək vəzifəsi sayəsində Cəmşid xan Səfəvilər dövlətində böyük nüfuz qazandı, bu, sonradan baş vəzir Mirzə Məhəmməd Kərakinin (1661-1691) Cəmşid xanın gücündən istifadə etməsi ilə nüfuzuna təsir etdi. 1667-ci ildə vəfat etdi. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Duva xan
Duva xan (1282 – 1307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Cuçi xan
Cuçi xan (1185- 1227) — Çingiz xanın böyük oğlu. Bəzi qaynaqlarda Cuçi xan olaraq keçsə də ,Çingiz xandan öncə öldüyü üçün xanədan (sülalə) qardaşları və oğulları ilə davam etmişdir.Özü xanlıq etməmişdir. Bəzi qaynaqlarda Cuçinin Çingiz xanın oğlu olmadığı da söylənilir. Temuçin (Çingiz xan) hələ bütün monqol boylarını bir bayraq altında toplamazdan öncə, atası Yesügey bahadırdan qisas almaq istəyən merkitlər Çingiz xanın arvadı Börtə ucini qaçırırlar. Daha sonra Temuçin Börtə ucini qan qardaşı (andası) Camuqanın yardımıyla qurtarsa da, Börtə ucin elə bir zamanda Cuçini doğur ki, bu uşağın Temuçinə yoxsa onu əsir edən merkitliyə aid olduğunu kimsə bilmir.Bu üzdən adı monqolca qonaq mənası verən Cuçi qoyulur. Bütün bunlara baxmayaraq diğər qardaşları ilə onun arasında əsla fərq olmamışdır Temuçin tərəfındən. Cuçinin Çingiz xanın oğlu olub olmadığı hələ də araşdırıcılar arasında mübahisəlidir. Cuçi 1227-ci ildə qərb səmtinə etdiyi səfərlər sırasında, əsir aldığı bir qadın tərəfındən zəhərlənmişdir.
Cığatay xan
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242, Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu. Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi. Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı. Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü.
Davaçı xan
Davaçı xan (Dabaçı) (+1759) — 1753–1755-ci illərdə Dörben Oyrot ulusunun (Дөрвн өөрд улс) hökmdarı xuntayci titulu ilə, Çoros soyundan, Şuno Dabo-baatarın oğlu. Xuntayci Qaldan-Tseren öləndən sonra Cunqariyada ixtişaşlar başladı. Ara vuruşmalarından Davaçı zəfərlə çıxdı. Amma bəzi noyonlar öz namizədləri Nemexu-Jirqalı taxta əyləşdirmək istədilər. Cunqariyada iki xan oldu. Amursanın yardımı olə Davaçı rəqibini öldürdü. Xoyt xanı bu yardıma görə Davaçıdan bəzi bölgələri tələb etdi. Davaçı onun tələblərini rədd etdiyindən yeni döyüşlər başladı. 1754-cü ilin avqustunda Amursan məğlub oldu. O, Xalxuya qaçdı.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Dayın Xan
Dayın xan — türk, monqol və altay mifologiyasında müharibə tanrısı. Zayın Xan da deyilir. Döyüşçülərin qoruyucusudur. Əsgərlər döyüşlərdən əvvəl özündən kömək diləyirlər. (Day/Tay/Yay/ Yağ) kökündən törəmişdir. Dayın/Dayn sözü monqolcada döyüş deməkdir. Tuvaca və mançurcada yenə Dayın sözü döyüş mənası daşıyır. Türkçe Yavu/Yağı (düşmən), Yağma (hücum) sözləriylə də əlaqəlidir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dağ Xan
Dolun Xan
Dolun Xan - türk və altay mifologiyasında məhsuldarlıq ilahı. Tolun Xan da deyilir. Heyvanların və əkinlərin məhsuldar olmalarını, çoğalmalarını təmin edər. Yer üzünə bərəkət verər. "Dolunay" (bütöv ay) ilə əlaqəli olma ehtimalı yüksəkdir. Çünki bütöv ay bərəkətin, tamlığın və gözəlliyin simvoludur. Nağıllarda, türkülərdə gözəl qızlar həmişə dolunaya bənzədilir. (Dol/Tol) kökündən törəmişdir. Doluluq, bolluq mənasını verər. Dolunay da ayın ən görkəmli halıdır və doluluq və çoxluq, bütünlük ifadə edər.
Dostməhəmməd xan
Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Duyar Xan
Duyar Xan - türk və altay mifologiyasında əziyyət ilahı. Tuyar və ya Toyar da deyilir. Atəşdən yaradılmışdır. Buynuzlu və quyruqludur. Əli və ayağı yoxdur. Ölüm toxumu əkir. Bədbəxtlik gətirər. İnsanlara əziyyət edər və dəlilik verir. Alnının ortasında tək gözü vardır. Bəzən yarı insan, yarı şeytan olaraq təyin olunar.
Dzoriqtu xan
Coriqtu xan Yesuder (monq. Зоригт Есүдер хан; 1358, Yuan – 1391, Monqolustan) - Şimali Yuan Dövlətinin 3-cü, ümumilikdə Yuan sülaləsinin 15-i, de-yure olaraq isə Monqol İmperiyasının 20-ci xaqanı. 1388-ci ildə Yesuder, böyük oğlu ilə birlikdə vəfat edən Şimali Yuan Xanı Usxal Xanı məğlub etdi. Oyrat taişlərinin dəstəyi ilə Yesudar Corigtu Xan adı altında xanın taxtını götürdü. 1391-ci ildə Monqolustan bir çox əsiri və çox sayda mal-qaranı ələ keçirən nəhəng bir Çin ordusu tərəfindən işğal edildi.
Dəniz xan
Dəniz Xan - türk və altay mifologiyasında dəniz xaqanı. Tengiz (Dengiz, Teniz) Xan olaraq da deyilir. Monqollar isə Tengis Xan şəklində xatırlayarlar. Oğuz xanın ilk yoldaşından olan oğullarından biri. Türk Dövlətinin dənizlərdəki suverenliyinə və genişliyinə işarədir. Onqonu "tetraçalan" kuşudur. Bu quş maviyə çalan rəngi səbəbiylə dənizi xatırladar. Bundan başqa dastandakı göydən enən qurd mavi bir işığın içindədir və bu eyni zamanda göyün rəngidir. Çingiz Xanın adını bu söylenceye (və ya bu anlayışdan) ilhamlanaraq etdiyi deyilər. Çünki Çingiz gerçək adı deyil, bir ünvan olaraq verilmişdir.
Dərviş xan
Dərviş xan ya da Qulamhüseyn Dərviş (Farsca: درویش‌خان; 1872, Tehran – 22 noyabr 1926, Tehran) — klassik Fars musiqi bəstəkarı və tar virtiozudur. Aziz Sultan musiqi qrubu üzvlərindən biri olan Dərviş xan, Darülfünun musiqi məktəbində təhsil aldı. Fransız hökumətindən çalışmaları adına birinci dərəcəli mükafat alan Dərviş xan, 22 noyabr 1926-cı il tarixində bir avtomobil qəzasında həyatını itirdi.
Dərvişməhəmməd xan
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Feruzi Xan
Malik Feruzi Xan Nun (7 may 1893 – 9 dekabr 1970) — Pakistan İslam Respublikasının 7-ci baş naziri.
Fətəli xan
Fətəli xan Qovanlı-Qacar — Astrabad hakimi. Fətəli xan Əfşar — Urmiya xanı, Cənubi Azərbaycan və Şimali İran hakimi. Fətəli xan Qubalı — Quba xanı, Şimali-Şərqi Azərbaycan hakimi. Fətəli xan (Şəki xanı) — Şəki xanı. Fətəli şah Qacar — Qacarlar sülaləsindən olan 2-ci İran şahı. Fətəli xan Xoyski — ADR-in Daxili və Xarici İşlər naziri. Fətəli xan (İrəvan) — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi. Fətəli xan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Fəzlürrəhman Xan
Fəzlürrəhman Xan(benq. ফজলুর রহমান খান, Fozlur Rôhman Khan, ing. Fazlur Khan; 3 aprel 1929[…], Dəkkə, Britaniya Hindistanı – 27 mart 1982[…], Ciddə, Məkkə bölgəsi[d]) — ABŞ inşaatçı-mühəndisi. Fəzlürrəhman Xan 3 aprel 1929-cu ildə Dəkkə şəhərində anadan olmuşdu.Kəlkətə Universitetini bitirmişdi. Fəzlürrəhman Xan 27 mart 1982-ci ildə vəfat edib.
Göy xan
Göy Xan - türk və altay mifologiyasında səma xaqanı. Gök (Kök, Kük) Xan olaraq da bilinir. Oğuz Xanın ikinci yoldaşından doğulan oğludur. Türk yurdunun sonsuzluğunu və genişliyini işarələyir. Göyün ənginliyi və sonsuzluğu böyük əhəmiyyətə malikdir. Göy xanın onqonu bataqlıq belibağlısı quşudur. Maviyə çalan bir rəngi vardır. Digər quşları ovlamaqda istifadə edilər. Göy Xan 3 ox qolunun oğullarınındır . Göy Xanın 4 oğlu var : Bayandır , Peçeneq , Çavuldur , Çəpni.
Həsən xan
Həsən xan — Kişi adı.
Cəfər xan Bayat
Cəfər xan Abbasqulu xan oğlu Bayat (?-?) —Nişapur hakimi. Cəfər xan Bayat 1791-ci ildə Nişapur hakimi təyin olunmuşdu. 1798-ci ildə Fətəli şah Qacar Xorasanı Əfşarlar sülaləsinin əlindən tamamilə almaq üçün yürüşə başladı. Şah Xorasana gedən yol boyu şəhərləri fəth edərək irəliləyirdi. Nişapurda məhəl hakimi Cəfər xan Bayat əbləhanə bir işə əl atdı. O, oğlunu girov kimi şahın yanına göndərdi, amma özü Nişapur qalasını şah qoşunlarına təslim etməkdən imtina etdi. Tarixçi Lisanülmülk Sipehr yazır: "Şəhriyar Cəfər xanın bu yöndəmsiz hərəkətindən əsəbləşdi.Bu səbəbdən qoşun Nişapur nahiyəsində qarətə başladı, sakinlərin binalarını, yemək şeylərini, heç nəyə məhəl qoymadan dağıdıb, xarab etdilər. Şəhriyarın qəzəbi ərşə qalxdı. Əmr etdi ki,Cəfər xanın oğlunu hasar divarının ayağına gətirib, atasının gözləri qarşısında onun boynunu vursunlar. Qəzəblənmiş camaat onun üzünə hələ qara tük gəlməmiş oğlunu divarın ayağına gətirib, torpağa yıxaraq qılıncı boğazına dirədilər və soyundurdular.
Cəfər xan Təbrizi
Cəfər xan Abbasqulu xan oğlu Çubəndi (1899-?) — İran Məşrutə hərakatının fəal üzvü. Cəfərqulu xan Abbasqulu xanın oğludur. Qaradağ vilayətinin Əhər mahalında Çubənd kəndində anadan olmuşdu. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Cəfər xan Zənd
Cəfər xan Zənd (XVIII əsr, Məlayer, Həmədan ostanı – 23 yanvar 1789, Şiraz) — Zəndlər sülaləsindən, 18 fevral, 1785-ci ildən 23 yanvar 1789-cu ilədək hakimiyyətdə olmuş hökmdar. Tarixçi Xosrov ibn Məhəmməd Bəni Ərdalan yazır: "1201-ci (1786/1787-ci) ildə Ağaməhəmməd xan Astrabaddan çıxış etməyə başlayır, onun xoşbəxtlik ulduzu doğur. Cəfər xan Zənd özünü hökmran elan edib, İsfahanda taxta əyləşir və cəsarət bayrağını ucaldır. Ağaməhəmməd xanın gəlişini eşidib, güc-bəla ilə Farsa qaçır. Ağaməhəmməd xan az zaman ərzində bütün İraqi-Əcəmə yiyələnir. O, Həmədana gəlib, Xosrov xanla görüşmək istəyir. Xosrov xan öz öhdəliyini xatırlayıb, onun atası Məhəmmədhəsən xanın xeyrxahlığını və comərdliyini yadına salıb, hansı ki, yuxarıda qeyd edilmişdi, görüşmək qərarına gəldi". 1786-cı ildə Ağaməhəmməd xan Qacar özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır. 23 yanvar 1789-cu ildə, orada sui-qəsd qurbanı olur.
Cəfər xan Çubəndi
Cəfər xan Abbasqulu xan oğlu Çubəndi (1899-?) — İran Məşrutə hərakatının fəal üzvü. Cəfərqulu xan Abbasqulu xanın oğludur. Qaradağ vilayətinin Əhər mahalında Çubənd kəndində anadan olmuşdu. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Cəfərqulu Xan Naxçıvanski
Cəfərqulu xan Naxçıvanski (5 fevral 1859, Naxçıvan – ən tezi 1929, Naxçıvan) — görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası. II Kalbalı xanın digər oğlu Cəfərqulu xan Naxçıvanski 1860-cı il fevralın 17-də Naxçıvanda anadan olmuşdur. İlk təhsilini çarın Paj korpusunda almışdır. Hərbi xidməti dövründə 1877-ci il iyunun 10-dan ulan alayının leyb-qvardiyasında kornet, sonra isə 15-ci Tver alayında poruçik rütbəsində qulluq etmişdir. O, Mərkəzi Asiya, Ərzurum və Ahaltəkədə hərbi əməliyyatlarda yaxından iştirak etdiyinə görə 1881-ci ildə ştabs-kapitan rütbəsi almışdır. Hərbi xidmətlərinə görə III dərəcəli "Müqəddəs Stanislav", IV dərə- cəli "Müqəddəs Vladimir", III dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Mü- qəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur. Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Osmanlı qoşunlarının getməsindən sonra ermənilərin bölgə üçün təhlükə yaratmasından və mahalın Azərbaycan Xalq Cümhuriyyətindən aralı düşməsindən ciddi narahatlıq, diyarın ana torpaqla – Azərbaycanla birləşə bilməsi üçün şəraitin təmin olunması istəyi ifadə olunmuşdur.
Cəfərqulu xan Cavanşir
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor. Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi.
Cəfərqulu xan Dünbili
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Cəfərqulu xan Nəva
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor. Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Cəfərqulu xan Qovanlı-Qacar
Cəfərqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı. Məhəmmədhəsən xanın bеşinci оğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində dоğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət еtmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub еtmişdi. Lahicanın valisi idi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Cəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)
Cəfərqulu xan Xoyski
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Cəfərqulu xan Şadlı
Cəfərqulu xan İbrahim bəy oğlu Şadlı (?-?) – Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Cəfərqulu bəy İbrahim bəy oğlu Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Nadirqulu xan Avşar Xorasanda birləşdirmə siyasəti aparanda Aşur bəy Papalı-Avşarla (Sara Aşurbəylinin ulu babası-Ə. Ç.) birləşib tabe olmaqdan imtina etdi. Nadirqulu xan Quzğana yaxınlaşan kimi təslim oldu. Bağışlandı. Nadir şah Avşar Cəfərqulu bəy xan ünvanı verib Qoçan şadlılarına vəkil təyin etdi. Cəfərqulu xanın Nəcəfəli xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.
Cəfərqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Cəfərqulu xan İsa xan oğlu (1864-?) — Nasirəddin şahın yaxını, saray naziri. İsa xanın beşinci oğlu Cəfərqulu xan 1864-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Nasirəddin şah Qacarın saray naziri, eşikağası idi. 1884-cü ildə Cəlalülmülk, Müzəffərəddin şah Qacar tərəfindən Moinəssultan ləqəblərini almışdı. Cəfərqulu xan 1873-cü ildə şahlın məiyyətində Avropaya getmişdi. Cəfərqulu xan 1893-cü ildə sarayda fərraşbaşı olmuşdu. Nasirəddin şahın ölümünə qədər bu vəzifədə çalışmışdı. Cəfərqulu xan Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultanın qızı ilə ailə qurmuşdu. Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan adlı oğulları vardı.
Cəlal xan Avşar
Cəlal xan Cəmşid xan Məcdüssəltənə oğlu Avşar (1894, Urmiya – 1974, Tehran)—İranın ilk bioloqu. Cəlal Cəmşid xan Məcdüssəltənə oğlu (Müzəffərəddin şahın qız nəvəsi) 1894-cü ildə Urmiya şəhərində doğulmuşdu. Bu şəhərdə ibtidai təhsilini alandan sonra Tiflisə yollanmışdı. Tehran Universitetində biologiya fakültəsində həşəratlar kafedrasını, Təbrizdə labarotoriya yaratmışdı. İranda və Orta Şərqdə bu sahə üzrə ən böyük alim sayılırdı. Cəlal xan Avşar 1974-cü ildə Tehran şəhərində vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Cəlaləddin Mirzə Heydər xan
Cəlaləddin Mirzə Heydər xan Baranlı və ya digər adı ilə Şüca-üd-Dövlə (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Qaraqoyunlu sülaləsinin üzvü, Aud nəvvabı və Subedarı. Cəlaləddin Mirzə 5 oktyabr 1754-cü ildən 1775-ci ilin yanvarına qədər Böyük Moğol imperiyasının baş vəziri olmuşdur. Cəlaləddin Mirzə Heydər Xanın soykökü Azərbaycan türklərinin bir hissəsini təşkil edən Qaraqoyunlulara çıxmaqdadır. Onun əcdadları Qaraqoyunlu dövləti süqut etdikdən sonra tədricən Hindistana yayılmış və orada mühüm işlər həyata keçirmişdirlər. Şüca-üd-Dövlə Böyük Moğol imperatoru Əhməd Şah tərəfindən baş vəzir seçilmiş Səftər Cəngin oğludur. Atası Səfdər Cəngdən fərqli olaraq Şüca-üd-Dövlə erkən yaşlarından etibarən özünə tabe olan şəxsləri gözəl şəkildə idarə etmə bacarığına görə tanınmaqda idi və bu bacarıq sayəsində o, tədricən yüksəlmiş, sonda II Şah Aləm tərəfindən baş vəzir təyin edilmişdir. O, özünün hündürlüyünə və cüssəsinə görə digər insanlardan seçilirdi. Şüca-üd-Dövlə dəfələrlə moğollar arasında məşhur türkman kökənli şəxslərdən biri olan Əliverdi xana yardım etmişdi.
Cəmşid xan Məcdüssəltənə
Cəmşid xan Ərdəşir xan oğlu Məcdüssəltənə (1857, Urmiya – Urmiya) — Təbrizin valisi, tarixçi, jurnalist. Cəmşid xan Ərdəşir xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dədə-baba yolu ilə gedərək hərb sənətini seçmişdi. Əmir tuman rütbəsinə qədər yüksəlmişdi. Məcdüssəltənə ləqəbini daşıyırdı. O, tarixçi olmaqla yanaşı həm də jurnalist idi. Onun vəsaiti ilə Təbrizdə bir neçə qəzet nəşr edilirdi. Məcdüssəltənə Avşarın başçılığı və Möhsünün müdirliyi ilə Təbrizdə hicri qəməri 1337 (1918)-ci ildə "Azərbaycan" adlı həftəlik qəzet çıxırdı. Məcdüssəltənə 1914-cü ildən sonra Qafqaza getmişdi.
Cəmşid xan Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Dera Qazi Xan
Dera Qazi Xan — qısaldılmış adı ilə D. Q. Xan, Pakistanın Pəncab əyalətindəki bir şəhərdir. Pakistanın əhali sayına görə ən böyük 19 şəhərdir.Bu Dera Qazi Xan rayonun və Dera Qazi Xan bələdiyyəsinin mərkəzidir.
Dunqan xanlığı
Dunqan xanlığı — 1864-cü ildə türk müsəlman xalqları (dunqanlar, uyğurlar, qazaxlar və s.) tərəfindən milli azadlıq mübarizəsi zamanı Tsin hökumətinin devrilməsindən sonra yaradılan Şərqi Türkistandakı bir dövlətdir. Paytaxtı Urumçi şəhəri olmuşdur. Dunqan xanlığı Manas, Quçen şəhərləri və başqa ərazilərlə yanaşı, əsasən dunqanların yaşadığı Şimali Tyan-Şan torpaqlarını da əhatə edirdi. Dövlət Lotay xan (Daut-Helpe) tərəfindən idarə olunurdu. Şəhərləri yanşailər idarə edirdi. Dunqan xanlığında nizami qoşunlar yox idi. Hər şəhərin öz könüllü dəstəsi var idi. Tədqiqatçılar həmçinin Dunqan xanlığını Dunqan şəhərlərinin birliyi də adlandırırlar, çünki şəhərlər geniş özünüidarə hüquqlarına sahib idi. Dungan xanlığı Sincanın ən güclü siyasi birliyi idi. Bunun hesabına xanlıq 1867-ci ilə qədər sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirmişdi.
Durmuş xan Şamlı
Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat – 1525, Herat) — qızılbaş sərkərdəsi, Herat hakimi. Əmir xan Mosullu tərəfindən Əmir Qiyasəddinin 11 iyun 1521-ci ildə i İxtiyarə qalasına həbs edilib, 16 iyunda isə edam edilməsi xəbəri Şah ismayıla çatdıqda şahın əmri ilə Təhmasib Mirzə və Əmir xan Təbrizə çağırıldı. Şahzadə Sam Mirzə və onun lələsi kimi Durmuş xan Şamlı yeni Xorasan hakimi təyin edildilər. Bu xəbər Durmuş xana çatdıqda o hələ də Xirqanda idi. Xəbəri eşidən kimi Herata doğru yola düşdü. Nəhayət 1521-ci ildə Durmuş xan Herat hakimi kimi vəzifəsinin icrasına başladı. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirdi. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşadı. Şamlı boyundan olan Durmuş xan məşhur təvaçıbaşı Əbdi bəy Şamlı ilə Şah İsmayılın bacısının oğlu idi. Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Abdulla xan (Xivə xanı)
Abdulla xan(? - 1855)—Qonquratlar sülaləsindən Xivə xanı. Məhəmmədəmin xanın yerinə keçən Abdullah xan (Mart-sentyabr 1855) yeni bir ordu ilə türkmənlər üzərinə yürüdüysə də aparılan savaşda yenilərək öldürüldü və Xivə xanlığı türkmənlər üzərindəki hakimiyətini itirdi. Xivə xanlarının Türkmənlərlə uğraşmasından faydalanan ruslar Cənubi Qazaxıstan torpaqlarını işğal edərək Aral gölünün şimal sahilinə qədər endilər. Xivə və Kokand xanlıqlarının etirazlarına baxmayaraq Aralın şimal sahillərində və Sırdəryanın eyni gölə töküldüyü yerdə qalalar inşa etdiler. Bu arada polkovnik İqnatiyev ilə şərqşünas Nikolay Xanıkov başçılığında bir heyəti Orta Asiyaya göndərən ruslar buradakı ölkələrin əsgəri və iqtisadi quruluşu haqqında bilgi topladılar. İqnatiyev ilə N. Xanıkov Rusiya hökumətinə öncə Kokandın, ardından Buxara ilə Xivənin işğalını tövsiyə etdilər. Bir yandan Orta Asiya Türk dövlətləri, Osmanlı dövlətinin birlik və bərabərlik tövsiyəsinə baxmayaraq bir-birləriylə sürəkli mücadilə içində olurdular. Buxara ilə Xivənin Mərv bölgəsi hakimiyəti üzündən etdikləri mücadilənin ardından bu dəfə Buxara ilə Kokand arasında mübarizə başladı.
Abdulla xan (Yarkənd xanı)
Abdulla xan ibn Əbdürrəhim xan (?—30.10.1675) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi. Abdullah xan dönəmində (1638–1668) şimal qonşuları olan Kalmıklar (Kalmıkca: Хальмгуд)ın böyük bir hərbi gücə sahib olduğu bilinməkdədir. Buna qarşı önləm alınırsa da iş işdən keçmiş, hər şey Abdulla xanın aleyhinə, əsas olaraq Səidiyə xanlığının əleyhinə işləmişdir. Abdulla xan (1638–1668) da xanlığı oğluna buraxmışdır. Qurultay, xan seçmənin xaricində xanlıqda torpaqların paylaşdırılması və önəmli məqamlara təyin edilməsi haqqında da qərar verirdi.
Fətəli xan (Quba xanı)
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb. 1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir, "yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.". Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki, "Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.
Hüseyn xan (Şəki xanı)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792–1806-cı illərdə Bakı xanı. Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib 1792–1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Mustafa xan (Şamaxı xanı)
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi. Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi. Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi.
Məhəmmədəli xan (Kokand xanı)
Məhəmmədəli xan (1808-1842) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. Atası Ömər xan 1822-ci ildə xəstələnib vəfat etdiyi zaman, taxtına o zamanlar 15 yaşlarında olan Məhəmmədəli xan (Madali) oturmuşdur. Atası kimi adil və dindar bir hökmdar olan Məhəmmədəli xana, Kokand xalqı muadil vəya Məhəmmədəlinin qısaltması olarak “Madali” deyə xitab etmişdir. Məhəmmədəli xan, atasının bıraxdığı qanun-qaidə üzərində ayaqda qalmış, Kokandlılar asudə bir dövr və könül xoşnutluğu içində olmuşdular. Dövlət iqtisadiyyatının inkişaf etdiyi, xəzinənin zənginləştiyi, Kokandda böyük bir mədrəsənin tikildiyi, Fərqanə vadisində sulama sistəmi gəliştirilərək “Xan Arik” dənilən büyük kanalların açıldığı bu dönəmdə, Məhəmmədəli xanın ilk icraatı kardəşi Mahmut Xanı və akrabalarını sürgünə göndərmək olmuştur. Kokand taxtı üzərindəki hakimiyətini sağlamlaştıran Madali, Kokand daxilindəki Qırğız, Qıpçaq və digər köçərilər arasında ekonomik və siyasi istiqrarı sağlamış, onları oturaq həyata keçirəbilmək için yeni yərləşim alanları və xəstəxanalar qurmuşdur. Kokand xanlığının ən güclü olduğu və ən geniş sınırlara çatdığı Məhəmmədəli xan dönəmində öncəliklə Pamir, Bədaxşan, Xocənd, Daşkənd, Cənubi Qazaxıstan, Qaşqar ilə Qırğızistanın tamamı Kokand xanlığının hakimiyəti altına girmiştir. Ardından Çin üzərinə yönələn Madali, 1826-cı ildə Qaşqar əski hökmdarlarının soyundan olan Cahangir Xocanın dəvəti üzərinə Şərqi Türksitana qüvvə göndərmiş və Gülbağ deyilən mövqedə Çinlilər (Hıtay) ilə savaşarak qazi ləqəbini almışdır. İbrətinin vərmiş olduğu bilgilərə görə, o zamana qədər Kokand xanlarından heç kimsə küffar ilə muharibə qılmamış və qazilik lakabına nail olmamıştır. Çindəki Hocalar və Qırğızların isyanına dəstək verən Məhəmmədəli xan, Minyol, Qaşqar, Yarkənt, Xotan və Aksu kimi şəhərləri də ələ keçirməyi başarmıştır.
Mənsur xan (Moğolustan xanı)
Mənsur xan (1484–1544) —1501–1522-illərdə Şərqi, 1501–1504-cü illərdə Mərkəzi, 1516–1544-cü illərdə Moğolustan hakimi, I Sultan Əhməd xanın oğlu. Mənsur xan Sultan Əhməd xan oğlu 1484-cü ildə anadan olmuşdu. Moğolustan hakimi I Sultan Mahmud xan 1502–1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollanmışdı. O zaman Mənsur xan Turfan dairəsinin hakimi idi.Şərqi və 1501-ci ildən Mərkəzi Moğolustan ona verildi.1504-cü ildə atası I Sultan Əhməd xanın vəfatından sonra Duqlat tayfası Əbubəkr mirzənin başçılığı ilə onu Mərkəzi Moğolustandan çıxarıb, Aksu şəhərinə yiyələndi. 1508-ci ildə I Sultan Mahmud xanın öldürülməsindən sonra qardaşları Sultan Xəlil oğlan və Sultan Səid oğlanla hakimiyyət uğrunda mübarizəyə başladı. Elə həmin ildə Almatı yaxınlığında Çarun-Çulanda onları məğlub etdi. Sultan Xəlil oğlan Fərqanəyə qaçdı və orda Məhəmməd Şeybani xan tərəfindən öldürüldü. Sultan Səid oğlan isə qaçıb Kabulda məskunlaşdı. Orda özünü bütün Moğolustanın hakimi elan etdi. Əlində isə ancaq Turfan və Çalış qalmışdı.
Qara xan (Talış xanı)
Seyid Cəmaləddin Mirzə bəy və ya xan olduqdan sonra bilinən adı ilə Qara xan — Talış xanlığının ilk müstəqil xanı. Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəmaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəmaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəmaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəmaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxtına çıxır. Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xanlıq torpaqlarına əlavə edir.
Qasım xan (Qazax xanı)
Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521). Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi. Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Səlim xan (Şəki xanı)
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Əbdülkərim xan (Yarkənd xanı)
Əbdülkərim xan (1529, Yarkənd – 1591) — Yarkənd xanlığının hakimi. Əbdürrəşid xanın 1559da ölümü üzərinə on üç oğullarından ikincisi olan Əbdülkərim xan, qardaşlarının dəstəyi ilə taxta çıxmışdır. Nə var ki, Əbdülkərim xan bütün səylərinə baxmayaraq ölkənin yenidən şəhər dəvlətləri halına gəlməsinə və birbiri ilə uğraşaraq həm məmləkətin, həm də xalqın zərər görməsinə əngəl olamamışdır. Ölkəsinin və xalqının bütünlüyünü yaratma ümidi ilə Qərbi Türkistanda yetişmiş böyük din alimlərindən Əhməd Qazani (Məhdum-i Əzəm)nin oğullarından Xoca İshaq Vəlini Şərqi Türkistana çağırmışdır. Xoca İshaq Vəli, bütün Şərqi Türkistanı dolaşaraq müsəlmanların qardaş olduğunu birbirlərinə yardım edərək ölkənin və insanların birlik və bərabərliyini qorumaları gərəkdiyini anlatmağa çalışmışdır. Xoca İshaq Vəli bu çalışmalarında bəzi yöndən uğurlu olmuş və ölkənin parçalanmaya getməsinə əngəl olmuşdur. Fəqət Xoca İshaq Vəlinin bu təsirləri ölkənin şərqi bölgələrinin hakimi olan Əbdüllətif xan (1614–1624) tərəfindən, Əbdülkərim xanın yerinə keçən oğulları Məhəmməd xan ilə Şücaəddin Əhməd xan və Abdulla xana hökmranlıq yönündən yarar qazandıracağı düşüncəsiylə Əhməd Qazani (Mahmud-i Əzəm)nin ilk xanımından olan böyük oğlu Xoca Kalan (Məhəmməd Əmin)ı Yarkəndə çağırması Şərqi Türkistanın yazğısına təsir edəcək hadisələrin inkişaf etməsinə səbəb olmuşdur. Çünki bu iki qardaş xocanın ölümündən sonra oğulları böyük bir çəkişməyə girərək ölkəyə fayda yerinə, zərər gətirmişdilər. Xoca İshaq Vəlinin oğulları İshaqiyyə və ya Karatağlık adıyla, qardaşı Xoca Kalanın oğulları da Afaqiyyə vəya Aktağlık adıyla ayrı görüşləri müdafiə edən iki dini qrup olaraq qırğın-qada savaşıma girmələri ölkəni yeni bir dönəmə sürükləmişdir ki, bu dönəmə "Xocalar dövrü" deyilmişdir. Ölkəni öz təsirində tutmaq üçün Xoca İshaq Vəlini Şərqi Türkistana yardıma çağıran Əbdülkərim xanın bu hərəkəti yalnız dini mövzularda deyil, eyni zamanda siyasi sahədə də hadisələrin sürətləhızla inkişaf etməsinə səbəb oldu.
Əbdürrəhman xan (Həştərxan xanı)
Əbdürrəhman xan(tatar. Ğabdelraxman, Габделрахман) (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi. Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı. Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.