Təsdiqləmə

sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi.
Təsbit Etmək
Təsərrüfat
OBASTAN VİKİ
Cinsiyyəti təsdiqləmə əməliyyatı
Cinsiyyəti təsdiqləmə əməliyyatı, Cinsiyyətin dəyişdirilməsi əməliyyatı və ya Bədənin tənzimlənməsi əməliyyatı — insanın anadangəlmə cinsiyyətinə müvafiq olan fiziki görünüşünü və bioloji cinsi xüsusiyyətlərini müəyyən etdiyi gender kimliyi ilə uyğunlaşdırmaq üçün dəyişdirilməsinə imkan verən cərrahi prosedur və ya prosedurlar seriyasıdır. Tarixdə məlum olan birinci cinsiyyətin dəyişdirilməsi əməliyyatı 1931-ci ildə Berlində vaginaplastika əməliyyatı keçirən Dora Rixterin üstündə həyata keçirilmişdir. == Əməliyyat == Əməliyyatın həyata keçirilməsi üçün xəstəxana, komissiya hesabatları və məhkəmə qərarı tələb olunur. Kişi cinsiyyətinə sahib olmaq istəyən qadınlara ediləcək penis implantasiyası üçün iki üsuldan istifadə edilir. Bunlardan birincisi qolun dərisi, ikincisi isə ayağın nazik sümüyünün dərisindən hazırlanan protezlərdirlər. Bu cərrahi əməliyyat penisi meydana gətirəcək qapaqların (flapların) hazırlanması, yeni sidik yollarının yaradılması və alt tərəfdən görünüş kimi mərhələlərdən ibarətdir. Qadın cinsinə keçmək istəyən kişilərin üzərində həyata keçirilən əməliyyatlarda isə cinsiyyət orqanının dərisi kökündən hər tərəfli kəsilərək əlcək barmağı kimi soyulub çıxardılır. Dərisiz qalmış penisdə olan süngərvari, mağaralı cisimlər (corpus cavernosum) qasıq dərisinin altında hər iki tərəfdən basdırılır və beləliklə vulvanın böyük dodaqları (labia majora) kimi qabarıqlıq əmələ gətirilir.

Значение слова в других словарях