Qulamrza Təxti
Qulamrza Təxti (27 avqust 1930, Tehran, Pəhləvilər İranı[d] – 7 yanvar 1968, Tehran, Pəhləvilər İranı[d]) — olimpiya oyunları çempionu (Melbrun, 1956), ikiqat dünya çempionu (Tehran, 1959 və İokoqama 1961), Asiya yay oyunları çempionu (Tokio, 1958).
Qulamrza Təxti 1930-cu ilin 27 avqustunda Tehranda kasıb bir ailədə anadan olmuşdur. Əsli azərbaycanlılardan olan ailə, Tehranın, əsasən, azərbaycanlılar məskunlaşan bir məhəlləsində yaşamışdır. Böyük maddi ehtiyaclar içərisində yaşadıqları üçün Qulamrza yalnız 9-cu sinfə qədər oxuyub, natamam təhsil alaraq, atasına kömək etmək məqsədi ilə işləməyə başlamışdır.
1950-ci ildə o, özünün ilk uğurunu əldə edib, tanınmış pəhləvanlara qalib gələrək, ölkə çempionu adını qazanır. r1968-ci il yanvarın 7-də onu mehmanxana otağında ölmüş halda tapmışdılar.
Qulamrza Təxti Tehranın cənubunda Şəhri Rey qəbirstanında qohumlarının məzarının yanında torpağa tapşırılmışdır.
İran xalqı arasında böyük hörmət qazanmış Təxtinin şübhəli ölümündə Pəhləvi rejiminin əli olduğu ehtimal edilir.
1951-ci il. Helsinki.