Uğurlar, Baltazar (film, 1966)
Uğurlar, Baltazar (fr. Au hasard Balthazar) — Robert Bresson tərəfindən çəkilmiş, 1966-cı ildə işıq üzü görən fransız filmidir. Anne Vyazemskinin ilk aktyorluq işidir. Filmin premyerası 1966-cı ildə Venesiya Film Festivalında baş tutub.
Film “Qızıl eşşək” əsərinin süjetini yenidən təsvir edərək, ilk sahiblərinin — uşaqların Baltazar adlandırdığı uzunqulağın taleyindən bəhs edir.
Film boyu uzunqulaq əldən-ələ keçərək sahiblərini dəyişir və hər kəs ona fərqli davranır - kimsə daha çox mehribanlıq (Anne Viazemskinin oynadığı Mari kimi), kimsə daha çox qəddarlıq göstərir.
Baltazar və Mari tez-tez eyni insanlardan əziyyət çəkirlər.
Heyvan taleyin bütün döngələrini həlimliklə, bir növ nəcib stoisizmlə qəbul edir.
Süjet inkişaf etdikcə film bir ayəyə çevrilir və eşşək getdikcə daha çox müqəddəs görünür, Məsihin ardınca dünyanın əzablarını öz üzərinə götürən çoxsaylı Bresson fiqurlarına yaxınlaşır və hətta bu saleh insanları həlimlik və təvazökarlıqda üstələyir.
Baltazarın ölümü "İvan İliçin ölümü" əsərinin ruhunda onun mənəvi çevrilməsi kimi göstərilir.