Uqanda

coğ. Uganda m

ukraynalı
uqro-fin
OBASTAN VİKİ
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uqanda Respublikası
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uqanda bayrağı
Uqanda bayrağı — Uqandanın Dövlət bayrağı. 1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu almışdır. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.
Uqanda prezidentləri
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Uqanda soyqırımı
Azərbaycan–Uqanda münasibətləri
Azərbaycan–Uqanda münasibətləri — Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin avqust ayının 19-da qurulmuşdur. == Mədəni əlaqələr == 2018-ci ilin may ayının 25-də Bakıda, "Elektra Events Hall"da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən "Həmişə gənc" şüarı altında keçirilən "Youthvision 2018" beynəlxalq mahnı müsabiqəsində birinci yeri Uqanda təmsilçisi tutmuşdur.
Mərkəz bölgəsi (Uqanda)
Mərkəz bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 37 489 km² . Əhalisinin sayı - 6 683 887 nəfər (2002-ci il) İnzibati mərkəzi ölkənin paytaxtı - Kampala şəhəri. 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 16 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Mərkəz bölgəsinə 24 ərazi vahidi o cümlədən ölkənin paytaxtı Kampala şəhəri daxil idi. 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Qərb bölgəsi (Uqanda)
Qərb bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 49 599 km² . Əhalisinin sayı - 6 417 449 nəfər (2002-ci il) İnzibati mərkəzi - Mbarra şəhəri. 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 19 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Qərb bölgəsinə 26 ərazi vahidi daxil idi. Bölgənin ərazisində Eduard gölü yerləşir. Böyük şəhərləri: Mbarra — 69 208 nəfər (2002-ci il), 90 104 nəfər (2008-ci il) — Mbarra dairəsi Kasere — 53 446 nəfər (2002-ci il), 84 930 (2008-ci il) — Kasere dairəsi Kabale — 45 757 nəfər (2002-ci il), 56 357 (2008-ci il) — Kabale dairəsi Xoima — 31 630 nəfər (2002-ci il), 49 015 (2008-ci il) — Xoima dairəsi Fort Portal — 40 605 nəfər (2002-ci il), 44 591 (2008-ci il) — Fort Portal dairəsi 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Uqanda-Tanzaniya müharibəsi
Uqanda-Tanzaniya müharibəsi - Tanzaniyada Kaqera müharibəsi və Uqandada Azadlıq müharibəsi (1979) adı ilə tanınan 1978-ci ilin oktyabrından 1979-cu ilin iyun ayına qədər Uqanda ilə Tanzaniya arasında baş vermiş hərbi münaqişədir. Bu müharibə Uqanda prezidenti İdi Aminin hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnmişdir. İdi Aminin qüvvələrinə Liviyadan dəstək üçün göndərilmiş minlərlə hərbçi də daxil idi. Tanzaniya və Uqanda arasındakı münasibətlər artıq müharibə başlamazdan bir neçə il əvvəldən etibarən kəskinləşməyə başlamışdı. 1971-ci ildə baş vermiş hərbi çevriliş nəticəsində İdi Aminin hakimiyyəti ələ keçirməsindən sonra, Tanzaniya lideri Culius Nyerere Uqandanın zor gücü ilə hakimiyyətdən salınmış prezidenti Milton Oboteyə sığınacaq təklif etdi. Amin hakimiyyətə gəldikdən sonra ölkədə onun əleyhinə çıxış edən düşmənlərinin kütləvi şəkildə "təmizləməsini" həyata keçirdi ki, bu da otuz mindən əlli min nəfərə qədər uqandalının həlak olması ilə nəticələndi. Nyererenin dəstəyi ilə uqandalı müxaliflərdən ibarət kiçik partizan orduları yaradıldı, lakin həmin qüvvələrin 1972-ci ildə Uqandanı işğal etmək və Amini hakimiyyətdən salmaq cəhdləri uğursuzluqla nəticələndi. Amin Nyerereni onun düşmənlərinin tərəfini tutmaqda və onları silahlandırmaqda günahlandırdı. Hər iki tərəfin bir-birini ittiham etməsi ilə birlikdə Uqanda və Tanzaniya arasındakı münasibətlər bütün zamanların ən aşağı səviyyəsinə endi. İdi Amin növbəti illərdə bir neçə dəfə ona qarşı təşkil olunmuş sui-qəsd cəhdindən sağ çıxdı.
Uqanda prezidentlərinin siyahısı
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Şimal bölgəsi (Uqanda)
Şimal bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 82 099 km² . Əhalisinin sayı - 5 345 964 nəfər (2002-ci il) İnzibati mərkəzi - Qulu şəhəri. 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 21 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Şimal bölgəsinə 30 ərazi vahidi daxil idi. Böyük şəhərləri: Qulu — 113 144 nəfər (2002-ci il), 190 866 nəfər (2008-ci il) — Qulu dairəsi Lira — 89 871 nəfər (2002-ci il), 158 761 nəfər (2008-ci il) — Lira dairəsi Kitqum — 42 929 nəfər (2002-ci il), 75 654 nəfər (2008-ci il) — Kitqum dairəsi Arua — 45 883 nəfər (2002-ci il), 67 015 nəfər (2008-ci il) — Arua dairəsi Koboko — 29 443 nəfər (2002-ci il), 53 678 nəfər (2008-ci il) — Koboko dairəsi Nebbi — 23 190 nəfər (2002-ci il), 40 021 nəfər (2008-ci il) — Nebbi dairəsi 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Şərq bölgəsi (Uqanda)
Şərq bölgəsi — Uqandanın 32 ərazi vahidindən ibarət inzibati ərazi vahidi. Ərazisi - 27 957 km² . Əhalisinin sayı - 6 301 677 nəfər (2002-ci il) İnzibati mərkəzi - Cinca şəhəri (80.000 nəfər) 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 24 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Şərq bölgəsinə 32 ərazi vahidi daxil idi.. Böyük şəhərləri: Cinca — 86 520 nəfər (2002-ci il), 99 507 nəfər (2008-ci il) — Cinca dairəsi Mbale — 70 437 nəfər (2002-ci il), 82 351 nəfər (2008-ci il) — Mbale dairəsi Tororo — 42 473 nəfər (2002-ci il), 53 396 nəfər (2008-ci il) — Tororo dairəsi İqanqa — 38 009 nəfər (2002-ci il), 53 124 nəfər (2008-ci il) — İqanqa dairəsi Busia — 37 947 nəfər (2002-ci il), 47 207 nəfər (2008-ci il) — Busia dairəsi Soroti — 41 470 nəfər (2002-ci il), 44 553 nəfər (2008-ci il) — Soroti dairəsi 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Uqanda Qırmızı Xaç Cəmiyyəti
Uqanda Qırmızı Xaç Cəmiyyəti (ing. Uganda Red Cross Society) — 1964-cü ildə yaradılmışdır və ilkin olaraq Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir hissəsi idi. Baş qərargahı Kampala şəhərində yerləşir. Uqanda Qırmızı Xaç Cəmiyyəti ölkə ərazisində fəaliyyət göstərən ən böyük yerli humanitar təşkilatdır. 1941-ci ildə Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı olaraq fəaliyyətə başladı. 1964-cü ildə Uqanda Parlamentinin qəbul etdiyi akt əsasında Uqanda Qırmızı Xaç Cəmiyyəti kimi formalaşdı. Bir il sonra 1965-ci ildə cəmiyyət Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin üzvü olaraq qəbul edildi. Cəmiyyət növbəti illər ərzində böyüməyə başladı və hazırda bütün Uqanda ərazisində 51 filialı və 30 yarımfilialı var. Uqanda Qırmızı Xaç Cəmiyyəti həm də missiyanın icrasında bir sıra tərəfdaşlarla birgə fəaliyyət göstərir. Bu təşkilatlara Uqanda hökuməti, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Maliyyə Agentlikləri, korporativ şirkətlər və Qırmızı Xaç Milli Cəmiyyətləri daxildir.
Asiyalıların Uqandadan qovulması
Asiyaların uqandadan qovulması (ing. Expulsion of Asians from Uganda) — Uqanda prezidenti İdi Amin tərəfindən 1972-ci ilin avqust ayında ölkədə yaşayan Asiya kökənli şəxslərin Uqandadan deportasiya edilməsi barədə qərar qəbul etməsindən sonra baş vermiş proses. 1971-1979-cu ildə Uqandanı vahid güc formasında idarə etmiş və Qərb tərəfindən diktator olaraq qəbul olunan İdi Amin ölkə dəyərlərini və iqtisadiyyatını xilas etmək naminə Uqandadan yaşayan bütün asiya kökənli şəxslərə ölkədən çıxmaq üçün 90 gün vaxt vermişdir. Deportasiya kompaniyası əsasən Hindistandan gəlmiş və ölkədə ticarətlə məşğul olan qucaratlılara şamil olunmuşdur. Ümumiyyətlə, sözügedən qərardan sonra 80 minə yaxın şəxsin ölkədən məcburi çıxmaq məcburiyyətində qaldığı təxmin edilir. Uqandada qalmasına icazə verilən əcnəbilərin bir çoxu mövcud qərardan sonra ölkəni könüllü tərk etməyə üstünlük vermişdir. İdi Amin korrupsiya hallarına qarşı mübarizə və xalqın təhlükəsizliyinin qoruması üçün asiyalıların deportasiya olunmasını zəruri hesab etmiş və bu addımı atması ilə Uqandanı əsil sahiblərinə qaytardığını fikirini müdafiə etmişdir. Deportasiyalar nəticəsində ölkədən çıxmaq məcburiyyətində qalan şəxslərin 27.200 nəfəri keçmiş Böyük Britaniya müstəmləklərinə getmək məcburiyyətində qaldılar. 6.000 nəfər Kanada, 4.500 nəfər Hindistan və 2.500 nəfər mühacir Keniyaya sığınmışdır. Ümumilikdə asiyalılara məxsus olan 5.655 şirkət, təsərrüfat sahəsi, ticarət və iaşə obyektləri onlardan müsadirə olunaraq etnik baxımından yerli olaraq qəbul edilmiş vətəndaşlara paylanmışdır.