URL

Universal Resource Locator Universal resurs ünvanı
UPS
User ID
OBASTAN VİKİ
URL
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Veb-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
URL qısaltma
URL qısaltma - internetdə bir çox şirkətlər tərəfindən qlobal olaraq təqdim edilən xidmətdir. URL qısaltma xidməti vasitəsilə siz uzun istinadlarınızı qısalda bilərsiniz və bununla bir çox web-saytlara uzun istinadların əlavə olunması məhdudiyyətini aradan qaldıra bilərsiniz (Məs. Twitter mikrobloq xidməti). Hər bir qısaldılası olan URL üçün URL qısaltma xidməti tərəfindən qısa açar təyin olunur (Məs. m3q2xt), hansıki http://domain.tld/ -dən sonra əlavə olunur.
Urla
Urla (türk. Urla) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 33 km-dir. İlçənin şərqində Gözəlbağça və Səfərihisar, qərbində Çeşmə ilçələri, şimal-qərbində Qaraburun ilçəsi və Egey dənizi, şimalında İzmir körfəzi, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 727 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 67,339 nəfərdir.
Urla döyüşləri
Urla döyüşləri (yun. Συγκρούσεις Βουρλά) və ya Urla hadisələri (türk. Urla Olayları) — hal-hazırkı İzmir ilinin Urla qəsəbəsində 16–17 may 1919-cu il tarixlərində, Türkiyə İstiqlaliyyət mühüribəsinin qərb cəbhəsində baş vermiş döyüş. İzmirin işğalından sonra Yunanıstan ordusu Bornova və Qarşıqaya məntəqələrini işğal etmişdir. Bu hadisələrdən sonra onlar, Urla qəsəbəsinin yerləşdiyi Qaraburun yarımadasına doğru irəlilədilər. 1914-cu ildə alınan əhali statistikalarına görə, regionda yunanlar əksəriyyəti (24,711), müsəlman-türklər isə azlığı (9,321) təşkil edirdilər. İzmirin işğalından bir gün sonra, yəni 16 may 1919-cu il tarixində, Yunanıstan ordusunun regionda olmasından təhriklənən təxminən 800 yerli yunan Urladakı müsəlman-türk kəndlərinə hücum etmiş, çoxlu mülki şəxsi qətlə yetirmiş və qiymətli əşyaları qarət etmişdilər. Quşçular, Qızılcaköy, Dəvədərəsi kimi kəndlər talan və məhv edilmişdilər. Bunlara əlavə olaraq, yunan-evzon qoşunları bir torpedo gəmisi ilə Urlanın sahilinə çıxmış, qəsəbənin əhəmiyyətli yerlərini nəzarət altına almışdılar. Bu hadisə zamanı Osmanlının 56-cı hərbi divizionunun bir parçası olan 173-cü motoatıcı alay Urlada yerləşdirilmişdi.
Urla hadisələri

Boris Urlanis
Boris Sezareviç Urlanis (ukr. Урланіс Борис Цезарович; 15 (28) avqust 1906, Kiyev – 14 iyul 1981, Moskva) — sovet, Ukrayna, Rusiya demoqrafı, iqtisad elmləri doktoru, professor. O, iqtisadi demoqrafiya, statistikanın ümumi nəzəriyyəsi, əhalinin ümumi problemləri, SSRİ əhalisinin dinamikası və strukturu üzrə əsərlərin müəllifidir. Boris Urlanis milliyyətcə yəhudi olan qədim dillər üzrə gimnaziya müəlliminin ailəsində anadan olub. Atası siyasi etibarsızlıq ucbatından bankda sığorta işçisi işləməyə məcbur idi. Boris ailədə onuncu övlad idi. O, anadan olandan 6 ay sonra, 1907-ci ilin yanvarında ailə Moskvaya köçdü və Boris ömrünün sonuna kimi burada yaşadı. 1914-1918-ci illərdə Moskvada özəl Çareviç Aleksey adına Təşviq Cəmiyyətinin Ticarət Məktəbində oxuyub. Ardınca 1918-1922-ci illərdə 91 saylı Moskva məktəbində "II-ci səviyyə" üzrə təhsil alıb. Boris Urlanis 1923-cü ildə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsinin Statistika şöbəsinə daxil olub.

Значение слова в других словарях