Urla döyüşləri (yun. Συγκρούσεις Βουρλά) və ya Urla hadisələri (türk. Urla Olayları) — hal-hazırkı İzmir ilinin Urla qəsəbəsində 16–17 may 1919-cu il tarixlərində, Türkiyə İstiqlaliyyət mühüribəsinin qərb cəbhəsində baş vermiş döyüş. İzmirin işğalından sonra Yunanıstan ordusu Bornova və Qarşıqaya məntəqələrini işğal etmişdir. Bu hadisələrdən sonra onlar, Urla qəsəbəsinin yerləşdiyi Qaraburun yarımadasına doğru irəlilədilər. 1914-cu ildə alınan əhali statistikalarına görə, regionda yunanlar əksəriyyəti (24,711), müsəlman-türklər isə azlığı (9,321) təşkil edirdilər.
Urla döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 17 may 1919 | ||
Yeri | Urla, Aydın vilayəti, Osmanlı İmperiyası (indiki Türkiyə) | ||
Səbəbi | İzmirin işğalı | ||
Nəticəsi | Yunanıstanın qələbəsi | ||
Ərazi dəyişikliyi | Urla qəsəbəsi Yunanıstan tərəfindən işğal edildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
1 – 173-cü motoatıcı alay komandiri; 2 – 173-cü motoatıcı alay əsgərləri | |||
İzmirin işğalından bir gün sonra, yəni 16 may 1919-cu il tarixində, Yunanıstan ordusunun regionda olmasından təhriklənən təxminən 800 yerli yunan Urladakı müsəlman-türk kəndlərinə hücum etmiş, çoxlu mülki şəxsi qətlə yetirmiş və qiymətli əşyaları qarət etmişdilər.[4] Quşçular, Qızılcaköy, Dəvədərəsi kimi kəndlər talan və məhv edilmişdilər. Bunlara əlavə olaraq, yunan-evzon qoşunları bir torpedo gəmisi ilə Urlanın sahilinə çıxmış, qəsəbənin əhəmiyyətli yerlərini nəzarət altına almışdılar.[5]
Bu hadisə zamanı Osmanlının 56-cı hərbi divizionunun bir parçası olan 173-cü motoatıcı alay Urlada yerləşdirilmişdi. Alayın komandiri polkovnik-leytenant Kazım bəy idi. Alay 100 nəfərdən ibarət idi, lakin onlar anbar, arsenal kimi önəmli yerlərə səpələnmişdilər. Yunan hücumları başlayan zaman Kazım bəyin sadəcə 25 əsgəri və jandarması var idi. O, sadəcə 25 əsgərlə ilk yunan hücumlarının qarşısını ala bildi.[3] Bu hadisələri eşidən yerli müsəlman-türk xalqı arsenala girmiş, çoxlu silah-sursat almışdılar. Bu silah-sursatla onlar, sadəcə 120 nəfərdən olan Qərbi Anadoludakı ilk Qüvayi-milliyə bölməsini yaratmışdılar.[2] Bu milis bölməsi Kazım bəyin qüvvələrinə qoşulmuş, yunanlara qarşı vuruşmuşdular. Urla sahilinə çıxan bir Yunanıstan linkoru çoxlu əsgər boşaltmışdır. Britaniya zabitinin rəhbərliyindəki İzmirin yunan qoşunlarının Urlaya gəlməsi döyüşləri sona çatdırmışdır.
Təslim olmuş müsəlman-türk əsgərləri və jandarmaları silahsızlaşdırılmış və həbs olunmuşdur. Digər tərəfdən, 120 nəfərlik milis bölməsi Anadolunun daxili bölgələrinə geri çəkilmişdir.[6]