uroterapiya
uruğ 2021
OBASTAN VİKİ
Urotropin
Urotropin (heksametilentetramin, heksamin) — politsiklik amin. Tibbdə beynəlxalq patentlənməmiş metenamin adı ilə tətbiq olunur. Sistematik adlandırmaya görə 1,3,5,7-tetraazotritsiklo[3,3,11]-dekan, tarixi adı isə-urotropindir. Kimyəvi formulu C6H12N4 Molyar kütləsi 140 q/moldur. == Alınması və xassələri == İlk dəfə 1859-cu ildə rus alimi A.M.Butlerov tərəfindən alınmışdır. Ammonyak (4mol) və formaldehidin(6mol) qarşılıqlı təsirindən alınır.Sturukturasına görə adamantana bənzəyir. Lax balıq iyi verən, şirin, 2700C-də sublimasiya edən, ağ kristallik maddədir. Hiqroskopikdir, suda,spirtdə asan həll olur, xloroformda və karbonsulfiddə həll olur, dietil efirdə isə az həll olur. Urotropin rəngsiz, parlaq romboedrik tərzdə etanoldan kristllaşır, vakuumda, demək olar ki, parçalanmadan sublimə edir, suda istilik ayrılmaqla və heksa-hidrat əmələ gətirməklə həll olur. İlıq suda urotropin soyuq suya nisbətən az həll olur, əksinə, qaynar etil spirtdə urotropinin həll olması soyuğa nisbətən çoxdur.