USTURUPLU
USUL USUL
OBASTAN VİKİ
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.
Usuliddin
İslam dininin birinci hissəsi "Üsuli-din”-dir. 1-Tövhid2-Ədl3-Nübüvvət4-Məad5 - İmamət1.Tövhid (Allahı zatında və sifətində yeganə bilmək və Ona şərik qoşmamaq).Allah-taala Qurani-Kərimdə belə buyurur: ِبسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ* اللَّهُ الصَّمَدُ* لَمْ يَلِدْ وَلَمْ يُولَدْ* وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ «(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de ki, (Mənim Rəbbim olan) O Allah yeganədir. (Heç bir şəriki yoxdur.) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır, O, əzəli və əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı, bərabəri və bənzəri yoxdur!» 2. Ədl (ƏDALƏTİN MƏNASI)Ədalət «Ədl» sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, «hər kəsin haqqını özünə vermək» və «hər şeyi öz yerinə qoymaq» kimi mə'nalara malikdir. Allah-taalanın ədalətli olub, heç kəsə zülm etməməsinə inanmaq. Әdl haqqında Quranda bir çox ayələr vardır.
выпи́хивание запи́нка насыла́ться по возмо́жности седе́льчатый ха́нжество ампи́рный огла́дить откомандирова́нье кое-где ластик bedevil burgher echelonment Galicia heteromorphous legibly necromancy Sierra Madre telephoto lens totty windjammer горбуша кокетничать темпера