vakuum-əyləc

vakuum-əyləc
vakuum-distillə
vakuum-filtr
OBASTAN VİKİ
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması. Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Antikilitlənmə əyləc sistemi
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtomobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.
Kilidlənməyə qarşı əyləc sistemi