Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi.
Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser).
Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar.
Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.