vaqon-stansiya

vaqon-stansiya
vaqon-soyuducu
vaqon-vaqon
OBASTAN VİKİ
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. == Rusiya == 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. == Malta Suveren Hərbi Ordeni == Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Enniskorti (stansiya)
Enniskorti (isl. Enniscorthy) — 16 noyabr 1863-cü ildə ictimai istifadəyə açılmış, İrlandiya Respublikası Ueksford rayonunun dəmiryolu nəqliyyat əlaqəsini təmin edən bir dəmiryolu stansiyasıdır. == İstinadlar == == Ədəbiyyat == Butt, R.V.J. The Directory of Railway Stations: details every public and private passenger station, halt, platform and stopping place, past and present. — 1st. — Sparkford : Patrick Stephens Ltd, 1995. — ISBN 1-8526-0508-1. Jowett, Alan. Jowett's Nationalised Railway Atlas. — 1st. — Penryn, Kornvel : Atlantic Transport Publishers, 2000.
Horadiz (stansiya)
Horadiz — Azərbaycan Dəmir Yollarının eyniadlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kosmik stansiya
Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat. Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı. Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir. == Kosmik stansiyalar == Salyut orbital stansiyaları Salyut-1 (DOS-1, 1971) DOS-2 (1972) — orbitə çıxmamışdır Salyut-2 (OPS-1, 1973) — Almaz proyektinin bir hissəsi. Kosmos-557 (DOS-3, 1973) — nəzarət itirilib Salyut-3 (OPS-2, 1974–1975), Almaz proyektinin bir hissəsi. Salyut-4 (DOS-4, 1974–1977) Salyut-5 (OPS-3, 1976–1977), Almaz proyektinin bir hissəsi. Salyut-6 (DOS-5–1, 1977–1982) Salyut-7 (DOS-5–2, 1982–1991) SkyLab (1973–1979) Mir (Salyut-8, DOS-6, 1986–2001) Beynəlxalq Kosmik Stansiya (1998-ci ildən) — 16 dövlətin kondominiumu Genesis — ABŞ-nin Bigelow Aerospace şirkətinə məxsusdur.
Meteoroloji stansiya
== Meteoroloji stansiyalar == Xüsusi meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 4 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada yarımçıq proqramla müşahidələr aparılır, II və III stansiyalarda mexaniki rəhbərlik edilir. IV ixtisaslaşmış stansiyalardır. == Meteoroloji stansiyalara verilən tələblər == Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın. == Meteoroloji stansiyaların ölcüləri == Meydançalar 36m x 26m; 26m x 26m ölçülərində ola bilər. Aqrometeoroloji stansiyalar isə 6m x 5m ölçüsündə olurlar.
Stansiya Daşarx
Stansiya Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Stansiya Daşarx kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Stansiya ərazisindəki eyniadlı arxın adı ilə bağlıdır. Düzənlikdədir.
Stansiya Qumlaq
Qumlaq və ya Stansiya Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 1993-ci ildən erməni silahlı qüvvələrinin işğalı altında idi. 19 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Araz çayının sahilində, düzənlikdədir. Qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdır; Araz çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdır. Kəndin ərazisi həqiqətən qumlu sahədən ibarətdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Stansiya Sumqayıt
Stansiya Sumqayıt — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri. == Təhsil == Bu ərazidə 43 nömrəli tam orta məktəb yerləşir.
Stansiya Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Ufa (stansiya)
Ufa stansiyası (başq. Өфө) — Kuybişev dəmir yollarına aid olan, Transsibir magistralı üzərində yerləşən, Başqırdıstanın Ufa şəhərində mövcud ola dəmir yol stansiyası. == Tarixi == Müasir vağzalın yerndə ilk voğzalın təməli hələ 1885-ci ildə atılmışdır. 1888-1967-ci illər ərzimndə istismar edilən binanın layihəsi F. F. Essenə məxsus idi. 3 il sonra sökülmüş vağzalın yerində K. Qotlibin layihəsi əsasında daşdan yeni bina inşa edilir. Bna 2005—2011-ci illərdə təmir edilmişdir. == Stansiya haqqında == Stansiyada dəmiryolu vağzalı yerləşir. Voğzalda yenilənmələr 12974-cü ildən aparılır. 2005-ci ildən isə mütəmadi hall almışdır. Stansiya 4 sərnişin platformasına sahibdir.
Dərbənd (stansiya)
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. == Hadisə == Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi. Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. == Daha sonra == Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. == Həmçinin bax == Vətəndaş, türkcə danış!
Avtomatik planetlərarası stansiya
Avtomatik planetlərarası stansiya – Yer orbitini tərk edən və kosmosu tədqiq edən robotik kosmik gəmidir.
Beynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. == Mənbə == Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
Gücləndirilmiş Stansiya Təşəbbüsü
=== FASTRACK === 2012-ci ilin yanvar ayında MTA təmir işlərini sürətləndirmək üçün yeni istismar proqramını - FASTTRACK-ı təqdim etdi. Bu proqram əvvəlki tikintidən daha qəti yanaşma tələb edir və gecə işləri üçün ardıcıl dörd iş günü saat 22:00-dan 06:00-a qədər xəttin xəttin əsas hissəsini bağlayır. MTA-nın məlumatına görə, bu yeni proqramın xüsusən gecə və daha əvvəl meydana gələn tranzit tıxacların ən çox olduğu həftəsonlarından kənar günlərdə həyata keçirildiyi üçün mütəmadi xidmət dəyişikliklərindən daha səmərəli və daha sürətli olduğunu göstərir. 2012-ci ildə proqram sadəcə Midtaun və Aşağı Manhettendəki xətləri əhatə edirdi, 2013-cü ildə marşrut avtobuslarını minimal tələb edən digər dəhlizlər və 2014-cü ildə daha çox yer genişləndirib. 2014-cü ilin 24 həftəsi, 2015-ci ilin 22 həftəsində 12 dəhliz və 2016-cı ilin 21 həftəsində 13 dəhliz nəzərdə tutulmuşdu. === Texnologiya === ==== Qatarların gəlmə vaxtını göstərən "sayğaç saatlar" ==== 2003-cü ildə MTA 158 IRT stansiyasında növbəti qatarın gəlməsinə qalan dəqiqələri göstərən rəqəmsal real-vaxt bildiriş lövhələrinin (rəsmi olaraq İctimai Ünvan Müştəri Məlumat Ekranları (ing. Public Address Customer Information Screens) və ya PA/CIS) quraşdırılması üçün Siemens Transportation Systems ilə 160 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. 2006-cı ilin may ayında bir çox texniki problemlər və gecikmələrdən sonra şirkətə ödənişlər dayandırılıb və MTA alternativ təchizatçılar və texnologiyalar axtarmağa başlayıb. 2007-ci ilin yanvar ayında Siemens məsələlərin həll olunduğunu və ilin sonuna qədər bu ekranların 158 stansiyada mövcud olacağını elan etdi. 2008-ci ildə MTA texniki problemləri əsas gətirərək sistemin tətbiqini 2011-ci ilə qədər təkrar təxirə salmışdı.
Beynəlxalq kosmik stansiya
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. == Mənbə == Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.
Kombinə tsiklli elektrik stansiya
Kombinə tsiklli elektrik stansiyalar- Brayton və Renkin tsiklinin kombinasiyası üzrə fəaliyyət göstərən, faydalı iş əmsalının yüksək olması ilə seçilən güc qurğularıdır. Ötən əsrin 60-cı illərindən sonra energetika sahəsində KTES-lərə maraq artmışdır və müasir dövrdə də bu tendensiya davam edir. Belə ki, artıq dünyada 64 % faydalı iş əmsalına malik KTES-lər mövcud olsa da, bu sahədə fəaliyyət göstərən dünya şirkətləri faydalılığın daha da artırılması yönündə işlər aparır. KTES-lərin yüksək səmərəliliyini nəzərə alaraq Azərbaycanda da 21-ci əsrin əvvəllərindən başlayaraq bu tip elektrik stansiyaların inşasına başlanıldı. Gözlənildiyi kimi Azərbaycanda KTES-lərin inşası ölkənin enerji sisteminə öz müsbət təsirini göstərdi və Azərbaycan elektrik enerjisi idxalçısından, ixracatçısına çevrildi.