vegetasiya
veksel
OBASTAN VİKİ
Vegetativ orqanlar
Vegetativ orqanlar — bitkilərdə fərdi yaşayışa kömək edən orqanlara aiddir. Ali bitkilərdə kök, yarpaq və gövdə vegetativ orqanlardır. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, torpaqdan suyu və suda həll olunmuş mineral maddələri sormaq, həmçinin maddələri bitkinin yerüstü hissəsinə ötürməkdir. Vegetativ orqanlar bitkinin mühüm orqanlarıdır. Yarpaqların əsas vəzifəsi bitkilərə lazım olan üzvü maddələri hazırlamaq, suyu buxarlandırmaq və qaz mübadiləsini təmin etməkdir. Yarpaqda əmələ gələn üzvi maddələr hesabına bitki öz bədənini qurur. Gövdə,üzərində yarpaqları əlverişli vəziyyətdə saxlayan və torpaqdan alınan qida maddələrinin yarpağa, yarpaqda hazırlanna üzvü maddələri isə köklərə və başqa orqanlara keçirən orqandır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaratmaq və yarpaqları işığa çıxarmaqdır. Gövdənin üzərində yarpaqlar və tumurcuqlar olan cavan hissəsi zoğ adlanır. Bunlar ağac və kol bitkilərində əsas gövdə və budaqlardan fərqlənir.
Vegetativ sinir sistemi
Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıqları qəbul edərək, onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata keçir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Bu toxuma oyanma və oyanmanı nəqletmə qabiliyyətinə malikdir. Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Sinir toxuması neyrondan (sinir hüceyrəsi) və neyroqliyadan təşkil olunmuşdur. Neyronlar arasında anatomik rabitə olmadığından, oyanma bir neyrondan digərinə mediator adlanan xüsusi kimyəvi maddələrin ifraz olunduğu sinapslar vasitəsilə ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir. İnsanın vahid sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 1) somatik sinir sistemi, 2) vegetativ sinir sistemi.

Значение слова в других словарях