Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gicgah epilepsiyası
Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen gicgah epilepsiyaları ayırd edilir. Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası (malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar aid edilir. Birincili epilepsiya ocağının baş beyində lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər mövcuddur. Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır. Etioloji faktorlar arasında uşaq yaşlarında mürəkkəb febril tutmaların, həmçinin MSS xəstəliklərinin (o cümlədən infeksion və kəllə-beyin travması mənşəli) olması qeyd edilir. Xəstələrin bir hissəsində 2-5 yaşlarında baş verən, sonradan keçib gedən febril tutmalar müşahidə olunur.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Gəncgah
Gəncgah (fars. گنجگاه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 750 nəfər yaşayır (175 ailə).
Şirgah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Bilgah qalası
== Bilgəh qalası == Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. == Tarixi == Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
Angelica gigas
Angelica gigas (lat. Angelica gigas) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Digah (Abşeron)
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. == Tarixi == Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Digah (Lerik)
Digah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Digah (Lənkəran)
Digah — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimiyası == Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim talış dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == Əhalisi 2445 nəfərdir. == Din == Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.
Gilah (dəqiqləşdirmə)
Gilah — Azərbaycanın Qusar rayonunda kənd. Gilahoba — Azərbaycanın Qusar rayonunda kənd.
Holmskioldia gigas
Karomia gigas (lat. Karomia gigas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin karomia cinsinə aid bitki növü.
Hydrodamalis gigas
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Manospondylus gigas
Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi. Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub. Manospondylus gigas Cope, 182 Dynamosaurus imperiosus Osborn, 195 Nanotyrannus lancensis ?
Plantago gigas
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Tachypleus gigas
Tachypleus gigas — qılıncquyruqlular dəstəsinə, Xeliserlilər yarımtıpinə aid olan növ. Cənubi və Cənub-Şərqi Asiyada sahil sularında 40 m-ə qədər dərinlikdə yaşayır. Asiyada yayılmış çağdan üç növdən biridir (Yeni Dünyada bu günə qədər gəlib çatan dördüncü və son növ yayılmışdır). Bu növ Hindistan, Malayziya, Sinqapur, İndoneziya, Tayland, Vyetnam və Filippin əraziləri daxil olmaqla Benqal körfəzindən Cənubi Çin dənizinə qədər yayılmışdır. Bu növün Myanmada yaşaması ehtimal edilir, lakin bu hələ sübut olunmayıb. Yaxın qohumu Tachypleus tridentatus növündən ölçücə kiçikdir. Uzunluğu quyruğu da daxil olmaqla 50 sm-ə qədərdir, çanağının eni 26.5 sm-ə çatır. Tachypleus gigas okean səthində üzərkən müşahidə edilən tək qılıncquyruqludur.
Yuxarı Digah
Yuxarı Digah, Digah (?-2015) — Azərbaycan Respublikasının Quba rayonunun Amsar inzibati ərazi dairəsində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. 29 may 2015-ci ildə Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılmışdır. Qeyri-rəsmi olaraq Alıc Digah da adlanır. Yan silsiləsinin ətəyindədir.
Karomia gigas
Karomia gigas (lat. Karomia gigas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin karomia cinsinə aid bitki növü.
Digah (Masallı)
Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 3722 nəfərdir (2009).
Digah (Quba)
Digah — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Yerli əhali arasında həm də Ləzgi Digah da adlanır. Kənd Quruçay və Qudyalçayın arasında, düzənlikdədir. Oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1725 nəfər əhali yaşayır.
Digah bələdiyyəsi
Digah bələdiyyəsi (Lənkəran) — Lənkəranda bələdiyyə
Qıçlar
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Şirqah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Qıyqac (Puldəşt)
Qıyqac (fars. قيقاج‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (27 ailə).