VESTERNİZASİYA

(ingilis western-qərb) -“qərbləşdirmə”; “qərb mentalitetindən” uzaq olan dövlətlərin, xalqların və ya ümumbəşəri inkişafdan geri qalan dövlətlərin, xalqların “qərb standartlarına” uyğunlaşdırılması məqsədlərinə xidmət edən, onlarda “qərb” sosial-siyasi, iqtisadi sistemin üstünlükləri barəsində təsuratlar yaradan sosial-psixoloji konsepsiyalardan biri. Lakin, burada əsas məqsədlər qeyri-“qərb” dövlət və xalqları, “qərb” təsiri altına salmaq, beynəlxalq münasibətlərin qurulmasında ümumi “qərb standartları” üzərində qurmaqla asanlaşdırmaq və s. ibarətdir. “Qərb” dəyərlərinin, etik normalarının qeyri - “qərb” dövlət və xalqlara yeridilməsi vasitələri kimi həmin dövlət və xalqlara “qərb” dillərinin, yaşayış tərzinin, davranış qaydalarının və s. öyrədilməsi “qərb” təhsilinin verilməsi, “qərb” siyasi, iqtisadi, hüquqi modelinin yayılması və nəhayət, “qərbçilik” ideologiyasının aşılanması çıxış edir.
VERGİLƏR
VETO