VETO

(latın veto-qadağan edirəm) - geniş mənada, hər hansısa dövlət aktını hüquqi qüvvəyə minməsini qadağan edən dövlətin Ali hakimiyyət orqanının hüququ: 1) Qədim Romada, Roma magistratının digər magistatın qərarına və fəaliyyətinə müdaxilə hüququ; 2) Bəzi dövlətlərdə, dövlət başçısı və ya parlamentinin yuxarı palatası tərəfindən aşağı dövlət orqanlarının qəbul etdikləri aklarına hüquqi qüvvə verməkdən imtina etmək hüququ. Belə olduğu təqdirdə, qanun layihəsinə V. qoyulmuş parlament və ya parlamentin aşağı palatası ya V.-nu qəbul etməlidir və qanun layihəsindən imtina etməlidir, yaxud V.-da göstərilən şərtləri qəbul etməklə qanunu qəbul etməlidir və, yaxud səlahiyyətli səs çoxluğu ilə V.-nu rədd etməlidir; 3) BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) arasında yekdillik prinsipinin pozulması, yəni onların hətta birini orada qaldırılan məsələyə səs verməməsi və ya əlehinə səs verməsi, beynəlxalq hüquqda - V. hüququ kim qəbul edilir. Hüquq tarixinə mütləq V., məhdud V., cib V.-su və xalq V.-su institutları bəllidir.
VESTERNİZASİYA
VƏKİL
OBASTAN VİKİ
Veto
Veto — (lat.- veto — qadağan edirəm) Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.

Значение слова в других словарях