VİLA

сущ. устар. место, территория
VİQON
VİLADƏT
OBASTAN VİKİ
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
Gəncə vilayəti
Kirovabad vilayəti — Azərbaycan SSR-də 1952—1953 illər arasında mövcud olmuş inzibati-ərazi. İnzibati mərkəzi Kirovabad şəhəri idi. Kirovabad vilayəti 3 aprel 1952-ci ildə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Şaumyan, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab rayonlarına bölünürdü. Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P vilayət komitəsinin sədri İmam Mustafayev idi. Kirovabad vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.
Hakkari vilayəti
Hakkari vilayəti — Osmanlı İmperiyası tərkibində, 1876–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hakkari şəhəri idi.
Henrix Viland
Henrix Viland (alm. Heinrich Otto Wieland‎) (4 iyun 1877, Pfortshaym, Baden, — 5 avqust 1957, Ştarnberq) — Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1927). == Həyatı == Pforxtsxeymdə (Baden torpağı) (1877- 1957) anadan olmuş, alman üzvi- kimyaçısı və biokimyaçısı, Viland Henrix Otto 1896- cı ildə Münhen, 1897- ci ildə Berlin Universitetində, 1898- ci ildə Ştutqartdakı Ali Texniki Məktəbində təhsil almışdır. 1909- cu ildə professor adını almışdır. Çoxlu sayda öd turşylarının sintezi və öyrənilməsi, habelə onların quruluşunun müəyyən edilməsi sahəsində kompleks tədqiqat işləri həyata keçirdiyinə görə 1927- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür.
Herat vilayəti
Herat vilayəti (puşt. هرات) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiya == Herat vilayəti ölkənin qərbində yerləşir. İranla həmsərhəddir. Vilayətin ərazisi 54,778 km², inzibati mərkəzi Herat şəhəridir. == Əhali == 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən vilayətin əhalisi 1 milyon 676 min nəfərdir. === Etnik tərkib === Əhalisinin 98%-i puştunlardan, qalanları isə türkmənlərdən və özbəklərdən ibarətdir. == Vilayətin rayonları == Adraskan Çişti Şərif Farsi Ghoryan Gulran Guzara Herat İncil (2002-ci ilə olan rəsmi məlaumata əsasən əhalisi 232 915 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 4% həzaralar, 1% türkmənlər. Karukh Kohsan (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 100 nəfərdir) - 59.4% puştunlar, 35.3% taciklər, 5.1% bəluclar, 0.2% türkmənlər. Kushk Kuşki Kuhna (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 32 000 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 5% həzaralar.
Herson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Hessen vilayəti
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Hicaz vilayəti
Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür. == Tarixi == 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi. 1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər.
Hilmənd vilayəti
Hilmənd vilayəti (puşt. هلمند), Hillmənd və ya Hilmən, qədim dövrlərdə Hirmənd və Hitumənd — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Ərazisi == == İnzibati-ərazi bölgüsü == Sahəsi 58.584 km², əhalisi isə 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 835.8 min nəfər, inzibati mərkəzi Ləşgər Gah şəhəridir. Əhalisi puştunlardan (vilayətdə yaşayan ən iri puştun tayfaları: Barakzayi, Nurzayi, Alokzayi və Eşaqzayi tayfalarıdır), həmçinin bəluclardan (əsasən vilayətin cənub hissəsində məskunlaşıblar) və həzaralardan ibarətdir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Kabarda muxtar vilayəti
Kabarda Muxtar Vilayəti RSFSR -də 1921 -ci il sentyabrın 1- dən 1922 -ci il yanvarın 16 -dək mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Nalçik şəhəridir. == Tarixi == Muxtar Kabarda vilayəti 1921-ci il sentyabrın 1-də Dağlı MSSR -in Kabarda dairəsindən yaradılmışdır . 1922-ci il yanvarın 16-da Kabardin Muxtar Dairəsi Dağ MSSR -in Balkar dairəsi ilə Kabarda-Balkar Muxtar Vilayətinə birləşdirildi. Bölgəyə 4 rayon daxildir: Baksanski - yaşayış məntəqələri: Kamennomostskoye, Sarmakovo, V. Ashabovo, N. Ashabovo, Zayukovskoe, Qızburun 1-ci, Kuba, Şəriət, Karaqaçevo, Qızburun 3-cü, Altud, Şıx-Yzmailovskoye, Kişpek, Köhnə qala, Qızburun 2-ci, N. Kurkuzhinskoye, Zalukokoazhe, Baksan, Kr. Nalçik - yaşayış məntəqələri: Nalçik şəhəri, Novopoltavskoye, Leçinkay, Çegem 1, Çegem 2, Şaluşinski, Nartan, Kenje, Novo-İvanovskoye, Baksano-Kurskoye, Volnoye və Aleksandrovskaya koloniyası; Urvanski - kəndlər: Starı Çerek, Urvanski, Psıqansu, Jemtala, Kaxun, Auşiger, Staro-Uruhski, Köhnə Lesken, Lesken 2, Uruxski, N. ‑Çerek, Arqudan, Prişibskaya, Kotlyarevskaya, Aleksandrovskaya; Malo-Kabardinski - kəndlər: Planovskoye, V. ‑Kurpskoe, Donskoe, Xamidie, N. ‑Kurpskoye, Arik, Terekskoye, Akbaş, Barren, Kizlyarskoye, Gnadenburg, Rozdelnoye, Suxotsky Xutor.
Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل‎, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir. == Mənbələrdə Kabil vilayəti == === Təsviri === Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır: === Əhalisi və dili === Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır: == Əhalisinin etnik tərkibi == Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir. == Rayonları == Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar : İstalif Fərze Kələkan Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər. Güldərə Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-dəricə danışan qızılbaşlar), 40%-i puştunlar.
Kalinin vilayəti
Tver vilayəti (rus. Тверская область; 1990-cı ilə qədər Kalinin vilayəti) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kalininqrad vilayəti
Kalininqrad vilayəti (rus. Калининградская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kaluqa vilayəti
Kaluqa vilayəti (rus. Калужская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Kaluqa ərazisi Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşdirilmişdir. XIV əsrdə Kaluqa torpaqlarının hissəsi Moskva hakimiyyəti altında idi. 1796-dan 1929-cu ilə qədər Kaluqa quberniyası Rusiya İmperiyası və RSFSR tərkibində sərbəst inzibati ərazi vahidi idi. Kaluqa ərazisi 1944-cü ildə yaradılmışdır. Moskvayla həmsərhəddir, Moskva, Tula, Bryansk, Smolensk, Orlov əraziləri. Sahə — 29 777 км². Əhali — alınların 1 010 486 [1-i]. (2015), əhali sıxlığı 33,94 Adam./км² (2015), şəhər əhalisinin xüsusi çəkisi: 76,2 [5] 2014).
Kamçatka vilayəti
Kamçatka vilayəti — 1 iyul 2007-ci ilə qədər Rusiya Federasiyasının Dalnevostok federal dairəsi ərazisinə daxil olan inzibati bölgə. Bu vilayət cənubdan Birinci Kuril boğazı ilə Saxalin vilayətindən ayrılırdı. Şimal-qərb və şimaldan (əvvəlki, Koryak muxtar dairəsi) Maqadan vilayəti və Çukotka Muxtar Dairəsi ilə sərhəd təşkil edirdi. Kamçatka vilayəti 20 oktyabr 1932 ildə yaradılmışdır. 22 iyul 1934 ildən vilayətin ərazisi Çukotka Muxtar Dairəsi və Koryak muxtar dairələrinə bölünür. 23 yanvar 1956 ildən müstəqil vilayətə çevrilir. Kamçatka vilayətinin tərkibinə Koryan muxtar vilayəti daxil idi. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi vilayətlərin birləşdirilməsi olur. Əhalinin böyük hissəsi bu layihəni dəstəkləyir.
Kayruan (vilayət)
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kayruan vilayəti
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kebili vilayəti
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kemerovo vilayəti
Kemerovo vilayəti (rus. Кемеровская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Keyp floristik vilayəti
Keyp və ya Ümid burnu floristik vilayəti — Cənubi Afrikanın cənub ucqarına yaxın bir floristik vilayətdir. Bura Keyp (Cənubi Afrika) floristik krallığının yeganə floristik regionu olan Keyp floristik regionunun bilinən yeganə floristik vilayətidir. Dünyanın altı floristik krallığı arasında ən kiçiyi olan Cənubi Afrika floristik krallığı, yəni Keyp floristik vilayəti, olduqca yüksək biomüxtəlifliyə və 69 faizi endemik olan 9000-dən çox borulu bitki növünə sahibdir. Ərazinin bu biomüxtəlifliyi, Aralıq dənizi tipli, yanğına meylli çöl ərazisi olan finbos biomu ilə əlaqələndirilir. Finbos biomüxtəlifliyinin bioloji materiallardan (məsələn, vəhşi çiçəklərdən) və ekoturizmdən əldə edilən məhsullara əsaslanan iqtisadi dəyərinin ildə 77 milyon rand olduğu təxmin edilir. Beləliklə, Keyp floristik vilayəti biomüxtəlifliyin qaynar nöqtəsi olaraq həm iqtisadi, həm də bioloji əhəmiyyətə malikdir. == Coğrafiya == Dünyadakı irigövdəli bitki növlərinin ən böyük qeyri-tropik konsentrasiyasına sahib olan region, bütün bir floristik krallığı əhatə edən yeganə qaynar nöqtədir və bura Cənubi Afrikanın 12 endemik bitki ailəsindən beşinə və 160 endemik nəslinə sahibdir. 78.555 km² sahəni əhatə edən Keyp floristik vilayəti tamamilə CAR sərhədləri daxilindədir. Qaynar nöqtələr siyahısındakı beş mülayim Aralıq dənizi sistemindən biridir və bütün floristik krallığı əhatə edən yalnız iki qaynar nöqtədən (digəri Yeni Kaledoniya olmaqla) biridir. Ərazi, Cənubi Afrikanın Aralıq dənizi iqlim bölgəsini, ölkənin cənub-qərb küncündəki Qəbi Burun vilayətini əhatə edir və Şərqi Burun vilayətinə qədər uzanır.
Komsomolsk (İvanovo vilayəti)
Komsomolsk (rus. Комсомольск) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Konya vilayəti
Konya vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Konya şəhəri idi.

Значение слова в других словарях