vip-xidmət
vip-qonaq
OBASTAN VİKİ
Oval kabinet
Oval kabinet (ing. Oval Office) — ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır (ofisi). Binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. Şərqi Qızılgül bağına, qərbi kiçik şəxsi ofis və yeməkxanaya, şimal-qərbi qərb qanadının dəhlizinə, şimal-şərqi isə Prezidentin katibinin kabinetinə açılır. Dövlət başçısının masası cənub pəncərələrinin qarşısındadır. Şimal tərəfdə kamin var. Oval kabinetin ilk versiyası 1909-cu Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanmışdır. 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulmuşdur. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilmişdir.
VİP (dəqiqləşdirmə)
Çox əhəmiyyətli şəxs (ing. VIP, very important person) — statusuna görə çox əhəmiyyətli şəxs. Vətəndaş və İnkişaf Partiyası — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş və 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.