vollastonit

vollastonit
volframlı
volley
OBASTAN VİKİ
Vollastonit
Vollastonit Ca3 [Si3O9] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Ferrovollastonit (~10 % FeO), manqanvollastonit. Rəng – ağ, boz, bəzən solğun-yaşıl, az hallarda əti-qırmızı; Mineralın cizgisinin rəngi – ağ, Parıltı – şüşə, sədəf; Şəffaflıq – qeyri-şəffaf, bəzən şəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {001} və {101} üzrə orta; Sınıqlar – pilləli-qeyri-hamar, tikanlı; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; lövhəli, sütunvari, iynəvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəqvari, bitişmiş lövhəciklər, lifli, radial-şüalı, çubuq- və qabıqvari, dənəvər. Kalsiumlu skarnların və regional metamorfizmə uğramış əhəngdaşlarının səciyyəvi mineralıdır. Habelə əhəngli kristallik şistlərdə, başqa minerallarla birgə ksenolitlər şəklində bəzi maqmatik süxurlarda (qabbro, noritlər, qələvi əmələgəlmələr və b.), bəzən vulkan tullantılarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, kvars, qranatlar, vezuvian, diopsid, epidot, danburit, datolit, olivin, aksinit və b. Mineralın tapıldığı yerlər: Vidsboro (ABŞ); Aransasu (Meksika); Lyanqar, Tetyüxe (Rusiya); Parqas (Finlandiya); Mirsk (Polşa); Monte-Somma və Vezuvi vulkanları (İtaliya); Billenvald (Almaniya) və bir çox başqa yerlər. Azərbaycanda Tərtər çayının yuxarı axınında Kəlbəcər rayonunda yerləşən İstisu vollastonit təzahürində, həmçinin Laçın, Daşkəsən və Gədəbəy rayonlarının kontakt-metasomatik əmələgəlmələrində, Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarında qeyd edilir. Keramika sənayesində, lak-boya materiallarının, minanın, müxtəlif uduçuların, gübrələrin istehsalında geniş istifadə edilir.