Robursport Volley Pezzaro QVK
Robursport Volley Pesaro — Skavolini Pesaro olaraq da bilinən İtaliya qadın voleybol klubu. 2013-cü ildə fəaliyyətini dayandırmış komanda bu müddətdə 1 dəfə İtaliya kubokunu, 4 dəfə superkubokunu, 1 dəfə CEV Kubokunu, 1 dəfə də Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdı. Qitənin ən nüfuzlu turnirində isə 2010-11 mövsümündə "dördlər finalı"na qədər yüksəlmiş, yalnız bu mərhələdə öncə Rabitəyə daha sonra isə Fənərbaxçaya məğlub olaraq dördüncü yerin sahibi olmuşdur. Dünyaca məşhur voleybolçu Lo Byankokonun doğma komandası sayılan Skavolinidə 2010-11 mövsümündə voleybolçumuz Natavan Qasımova da oynamışdı.