VURĞUN-VURĞUN

нареч. влюблённо. Vurğun-vurğun tamaşa etmək смотреть влюблённо
VURĞUN
VURĞUNCASINA
OBASTAN VİKİ
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsində anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Vurğun qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Vurğun Hüseynov
Vurğun Tofiq oğlu Hüseynov (5 aprel 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. 2013-cü ilin yayında Hüseynov Qəbələ klubunu tərk edərək Sumqayıt klubu ilə müqavilə imzalamışdır.
Vurğun Həsənov
Vurğun bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Vurğun Quliyev
Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Karyerası == Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub. Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb. 1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir. Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir. 1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub. "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib. == Ölümü == Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür.
Səməd Vurğun (1958)
Səməd Vurğun (1966)
Səməd Vurğun (1976)
Səməd Vurğun (dəqiqləşdirmə)
Səməd Vurğun
Səməd Vurğun (Şəmkir)
Səməd Vurğun – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki Səməd Vurğun qəsəbəsi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. Qəsəbənin adı Sovet Azərbaycanı yazıçısı Səməd Vurğunun adından götürülüb. Qəsəbənin əhalisi 1.433 nəfər təşkil edir.
Səməd Vurğun bağı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur. 2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb.
Səməd Vurğun küçəsi
Səməd Vurğun küçəsi (Sumqayıt)
Səməd Vurğun parkı

Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Fərhad və Şirin (Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. == Məzmunu == "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Səməd Vurğun (film, 1958)
Film görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edir. Film ilk televiziya sənədli filmidir.
Səməd Vurğun (film, 1966)
Film Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edir. Rejissor: Yalçın Əfəndiyev, Eldar Quliyev Ssenari müəllifi: Yusif Səmədoğlu Operator: Boris Vlasov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov “Səməd Vurğun” tədris filmi. [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Səməd Vurğun" filminin çəkilişi] //Bakı.- 1969.- 23 oktyabr. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməd Vurğun (film, 1976)
Rejissor: Ramiz Mirzəyev
Vurğun ocağı (film, 2003)
Fərhad və Şirin (S.Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. == Məzmunu == "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Fərhad və Şirin (Səməd Vurğun)

Xalq Şairi Səməd Vurğun (1969)

Значение слова в других словарях