Oxşar (povest): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 7: Sətir 7:
|Müəllif = [[Fyodr Dostoyevski|F.M.Dostoyevski]]
|Müəllif = [[Fyodr Dostoyevski|F.M.Dostoyevski]]
|Orijinal dili = Rus dili
|Orijinal dili = Rus dili
|Nəşr olunub = 1846
|Nəşriyyat = [[Qanun nəşriyyatı|Qanun]]
|Nəşriyyat = [[Qanun nəşriyyatı|Qanun]]
}}
}}

Səhifəsinin 11:02, 3 may 2023 tarixinə olan son versiyası

Oxşar
rus. Двойник
Əsərin Azərbaycanca nəşrinin üz qabığı
Əsərin Azərbaycanca nəşrinin üz qabığı
Janr Psixoloji povest
Müəllif F.M.Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1845
Nəşr ili 1846
Nəşriyyat Qanun
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur.

Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır.[1] Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur. Dövrünün məşhur tənqidçisi Vissarion Belinski əsəri "əsəbi cəfəngiyyat" adlandırmışdır.[1]

  • Yakov Petroviç Qolyadkin — baş qəhrəman.
  • Petruşka — Yakov Petroviç Qolyadkinin nökəri. Qolyadkinin evində qalır və Qolyadkinə qulluq edir.
  • Adrey Filippoviç — Yakov Petroviç Qolyadkinin şöbə müdiri.
  • Krestyan İvanoviç Rutenşpits — həkim. Yakov Petroviç həkimlə bir neçə dəfə məsləhətləşir.
  • Olsufi İvanoviç — mülki müşavir, Qolyadkinin hamisi.
  1. 1 2 "Arxivlənmiş surət". 2015-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.