Bəyaz gecələr (povest)

Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib.

Bəyaz gecələr
rus. Белые ночи
Müəllif Fyodr Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1848
Nəşr ili 1848
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur. Odur ki, kitab bu cümlə ilə yekunlaşır: "Məgər bir anlıq belə bir xoşbəxtlik bütöv bir ömür üçün kifayət deyilmi ?"

  • Xəyalpərəst — baş obraz, 26 yaşı var
  • Nastenka
  • Nastenkanın kor nənəsi
  • Fyokla — nənənin qulluqçusu
  • Matryon — xəyalpərəstin qulluqçusu