Oxşar (rus. Двойник) — Fyodor Dostoyevskinin qələmə aldığı povest. Əsər ilk dəfə 30 yanvar 1846-cı ildə "Oteçestvennye zapiski" qəzetində işıq üzü görmüşdür. Daha sonra Dostoyevski əsər üzərində yenidən işləmiş və əsər 1866-cı ildə yenidən nəşr olunmuşdur.
Oxşar | |
---|---|
rus. Двойник | |
| |
Janr | Psixoloji povest |
Müəllif | F.M.Dostoyevski |
Orijinal dili | Rus dili |
Yazılma ili | 1845 |
Nəşr ili | 1846 |
Nəşriyyat | Qanun |
Əvvəlki | Bədbəxt insanlar |
Sonrakı | Netoçka Nezvanova |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin qəhrəmanı 9-cu dərəcədən məmur olan Yakov Petroviç Qolyadkin xeyirxah, sadə, yumşaq xarakterli bir insandır.[1] Bir dəfə Yakov Petroviç onunla eyni ad və soyadda olan bir nəfərlə — əkizi ilə qarşılaşır, lakin onun oxşarı ondan fərqli olaraq yalançı, yaltaq və əclaf adamdır. Əsərdə də Yakov Petroviçin öz oxşarı ilə mübarizəsindən bəhs olunur. Dostoyevskinin bu fikirləri onun sonrakı əsərlərində də öz yerini tapır. Bu Dostoyevskinin ikinci əsəridir, fəqət əsər həmin dövrdə o qədər də yaxşı qarşılanmamışdır. Dostoyevski "Bədbəxt insanlar" əsəri kimi bu əsərinin də tənqidçilər tərəfindən müsbət qarşılanacığını gözləsə də, bu belə olmur. Dövrünün məşhur tənqidçisi Vissarion Belinski əsəri "əsəbi cəfəngiyyat" adlandırmışdır.[1]