Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır. Aleksandr Qertsen isə əsəri "sosialist əsəri" adlandırır. "Yoxsul insanlar" ilk dəfə "Sankt-Peterburq jurnalı"nda yanvarın 15-i 1846-cı ildə çap olunur.
Yoxsul İnsanlar | |
---|---|
rus. Бедные люди | |
| |
Janr | epistolyar roman |
Müəllif | Fyodr Dostoyevski |
Orijinal dili | Rus dili |
Yazılma ili | 1844-1845 |
Nəşr ili | 1846 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Fyodor Dostoyevki Bədbəxt insanlar romanı 1844-cü ilin yanvarında, Onore de Balzakın Yucin Qrande romanı tərcümə edəndən sonra az sonra yazmağa başladı. Bunu ilk dəfə bunu qardaşı Mixaila yazdığı məktubunda qeyd edir: "Mən Yucin Qrande boyda romanı qurtarıram. Bu xeyli orijinal bir işdir."[1]. Həmçinin o bu məktubunda qeyd edir ki, romanı təndiqçiyə verməyə planlaşdırır, 14 oktyabrda təndiqçidən cavab aldıqdan sonra isə, onu Отечественныя записки jurnalında çap etmək istəyir.[2] Lakin, qardaşına 1845-ci ilin martın 23-də yazdığı məktubda, o romanı təzədən yazdığını deyir: "Noyabrda mən romanı qurtardım, sonra isə dekabrda onu yenidən yazmışam, və yenə də fevral-mart aylarında. Mən romanım ilə ciddən razıyam."[3]
1844-cü ilin sentyabrdan Dostoyevski ilə bir mənzildə yaşayan Dmitri Qriqoroviç, Dostoyevskinin Bədbəxt insanlar üstündə işini belə xatırlayırdı:
Dostoyevski <…> gecə gündüz yazı masasında otururdu. Yazdığından bir söz də demirdi; suallarıma həvəssiz və lakonik cavab verirdi; onun qapalığını bilərək, soruşmaqdan vaz keçdim.
Orijinal mətn (rus.)Достоевский <…> просиживал целые дни и часть ночи за письменным столом. Он слова не говорил о том, что пишет; на мои вопросы он отвечал неохотно и лаконически; зная его замкнутость, я перестал спрашивать.[4]
Nikolay Qoqoldan, Aleksandr Puşkindən, Nikolay Karamzindən və eyni ilə başqa fransız və rus ədiblərindən bəhrələnərək yazdığı ilk roman olan "Bədbəxt insanlar" iki əsas obraz arasındakı məktublardan ibarətdir. Bunlar hər ikisi kasıb, bir-biri ilə qohum olan Makar Devuşkin və Varvara Dobroselovadır. Əsərdə kasıb insanların həyatı, onların çətinlikləri, varlı təbəqə ilə qarşılıqlı əlaqələri ümumi şəkildə göstərilmişdir. Həmçinin əsərdə ədəbi naturalizmin ümumi mövzuları da öz əksini tapır.