Qumarbaz (roman)

Qumarbaz (rus. Игрок) — Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan Cinayət və cəzadan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır (Qumarbaz romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla - Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.

Qumarbaz
rus. Игрок
Romanın 2011-ci ildə Azərbaycanda işıq üzü görmüş nümunəsi
Romanın 2011-ci ildə Azərbaycanda işıq üzü görmüş nümunəsi
Janr Roman
Müəllif Fyodr Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1867
Nəşr ili 1867
Əvvəlki Cinayət və cəza
Sonrakı İdiot
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, ilk dəfə 1 sentyabr 1863-cü ildə birinci həyat yoldaşının bacısına göndərdiyi məktubda qumara olan marağının ilkin uğurunu təsvir edir:[1]

  • Aleksey İvanoviç - baş qəhrəman. Əsərdə qumar asılılığı olan Alekseyin başından keçən hadisələr cərəyan etməkdədir. Genralın qızı Polina Aleksandrovnayanı sevir.
  • General - 55 yaşında bir dul generaldır və Madmazel Blançeni sevir.
  • Polina Aleksandrovna Prakovya - Generalın ögey qızı. Alekseyin ona olan sevgisindən istifadə edərək, Alekseyin başına oyun açır.
  • Madmazel Blançe - Generalın nişanlısı, fransiz zadəgan xanımı olduğu güman edilir.
  1. ""Fyodor Dostoevsky: Life, Gambling Addiction, Roulette"". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.