Badamlı (kənd, Şahbuz): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎İstinadlar: replaced: <references/> → {{İstinad siyahısı}} using AWB
Sətir 55: Sətir 55:


==İstinadlar==
==İstinadlar==
{{İstinad siyahısı}}
<references/>


{{Şahbuz rayonunun yaşayış məntəqələri}}
{{Şahbuz rayonunun yaşayış məntəqələri}}

04:05, 1 fevral 2017 tarixindəki versiya

Şablon:Qaralama-az

BADAMLI
39°27′00″ şm. e. 45°31′46″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.439 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.226 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7120
Badamlı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


BadamlıAzərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.

Tarixi

Badamlı kəndi əslən Azərbaycan kəndidir.

29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[1]

Mədəniyyəti

Kənd Əhalisi əsasən heyvandarliqla məşgul olur.Kəntdəki meyvə agaclarinin əsasini badam agaclari təşkil edir

Coğrafiyası və iqlimi

Esasen Daqliqlardan teskil olunub.

Badamli mineral suyu da mehz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.

İqtisadiyyatı

Kəndin ərazisində mineral su mənbəyi yerləşir. Bu mineral suyun mənbəyi dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. «Badamlı» bulaqları XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istehsal edilir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 2,5 milyon litrdir. İkinci dünya müharibəsindən az sonra, 1947-ci ildən Şahbuz rayonunda «Badamlı» zavodu fəaliyyət göstərirdi. 1970-80-ci illərdə həmin müəssisə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90%-i respublikamızdan kənara göndərilirdi. Sovet iqtisadi sisteminin süquta uğraması bir müddət «Badamlı»ya təsirsiz ötmədi. Lakin 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarmağa müvəffəq olmuşdur. «Gəmiqaya Mineral sular» MMC şirkəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən fəaliyyətə başlamışdır. Badamlı mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin suların tərkibi Rusiyadakı Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni tərkiblidir.

İstinadlar

  1. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.