Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır.[2]
Mərəlik | |
---|---|
39°22′35″ şm. e. 45°30′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır.[3]
Əhalisi 222 nəfərdir.[4]