Dövlət və sənaye rəhbərləri üçün Kolumb qlobusu: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 25: Sətir 25:


==Miras==
==Miras==
Deyilənə görə, qlobus [[Adolf Hitler]]in dünyanın işğalı ilə bağlı böyüklük həvəsini təmsil edərək simvolik xarakter daşıyırdı. Xronoloji olaraq [[1940]]-cı ilin yanvar ayında nümayiş etdirilən [[Üç məddah (film)]] filmində qısa olaraq Sən Nasist casusu! adlanan hissəsində — ilk dəfə [[Hollivud]] Hitler və Nasistlər haqda parodiya hazırlamış<ref>[http://www.threestooges.net/filmography/episode/44 ''You Nazty Spy!'' at threestooges.net]</ref> — ardınca [[1940]]-cı ilin oktyabr ayında Britaniya komediya aktyoru [[Çarli Çaplin]] tərəfindən [[Böyük diktator (film, 1940)]] filmində parodiya edilmiş və hər iki, Stooges və Çaplinin oynadığı filmlərdə nümayiş olunan qlobuslar tamamilə fərqli idilər. Həmçinin [[1941]]-ci ilin iyul ayında [[1940]]-cı ildə nümayiş edilmiş mövzunun davamı olaraq çəkilmiş [[I'll Never Heil Again]] filmində qlobus bir daha parodiyanın baş mövzusu olmuşdur. [[1940]]-cı ildə [[Çaplin]]in çəkildiyi filmdə qlobus çimərlik topu kimi təsvir edilmiş və o diktator "Adenoid Hinkel"in gözü qarşısında partlayır. Bənzər şəkildə I'll Never Heil Again filmində Moronikan diktator "Moe Heilston" "Axel" adlı partnyorlarla birlikdə qlobus ilə "uzaq dur" adlı oyun oynayırlar. Heilstonun hərbi komandiri "Feld Marşal Herrinq", ən sonda qlobusu Heilstounun başına vuraraq sındırır.
Deyilənə görə, qlobus [[Adolf Hitler]]in dünyanın işğalı ilə bağlı böyüklük həvəsini təmsil edərək simvolik xarakter daşıyırdı. Xronoloji olaraq [[1940]]-cı ilin yanvar ayında nümayiş etdirilən [[Üç məddah (film)]] filmində qısa olaraq Sən Nasist casusu! adlanan hissəsində — ilk dəfə [[Hollivud]] Hitler və Nasistlər haqda parodiya hazırlamış<ref>[http://www.threestooges.net/filmography/episode/44 ''You Nazty Spy!'' at threestooges.net]</ref> — ardınca [[1940]]-cı ilin oktyabr ayında Britaniya komediya aktyoru [[Çarli Çaplin]] tərəfindən [[Böyük diktator (film, 1940)]] filmində parodiya edilmiş və hər iki, Stooges və Çaplinin oynadığı filmlərdə nümayiş olunan qlobuslar tamamilə fərqli idilər. Həmçinin [[1941]]-ci ilin iyul ayında [[1940]]-cı ildə nümayiş edilmiş mövzunun davamı olaraq çəkilmiş [[Bir daha salamlamayacağam (film)]] filmində qlobus bir daha parodiyanın baş mövzusu olmuşdur. [[1940]]-cı ildə [[Çaplin]]in çəkildiyi filmdə qlobus çimərlik topu kimi təsvir edilmiş və o diktator "Adenoid Hinkel"in gözü qarşısında partlayır. Bənzər şəkildə [[Bir daha salamlamayacağam (film)]] filmində Moronikan diktator "Moe Heilston" "Axel" adlı partnyorlarla birlikdə qlobus ilə "uzaq dur" adlı oyun oynayırlar. Heilstonun hərbi komandiri "Feld Marşal Herrinq", ən sonda qlobusu Heilstounun başına vuraraq sındırır.


==İstinadlar==
==İstinadlar==

14:03, 14 noyabr 2017 tarixindəki versiya

Sovet kameraman tərəfindən 1945-ci ildə Reyxkanslerdə çəkilmiş Hitlerin qlobusu

Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf HitlerNasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə bunu gülünc hədəfi etmişdir.

İki məhdud buraxılışdan biri Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyiştirdi və özünün ölçüsü eləcə də istehsal dəyəri ilə tanınmışdır.

Mənbə

Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır.[1] Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyiştirmişdir. Digəri isə adi bir ağacdan hazırlanmış və heç bir xüsusi özəlliyə malik deyildi.[1] İstehsal edilmiş qlobusların sayı fabrikdə yalnız qlobus istehsal edildiyini təsdiq edə bilmədi və bu məkan 1943-cü ildə hava uçuşları edən hərbi təyyarələr vasitəsi ilə dağıdılmışdır.[1]

Polyak tarixçi və qlobus həvəskarı olan Volfram Pobanz inanırdı ki, baxmayaraq ki, qlobus onun ofisində yerləşirdi buna rəğmən yəqinki Hitlerin qlobusa qarşı xüsusi rəğbəti yox idi, ardıyca bəyan edir:

" Hitler yəqinki, qlobus barədə heç bir şey düşünmürdü. Orada Hitlerin qlobus ətrafında heç bir şəkli yox idi. O, Hitlerin bütün fotoşəkillərini yoxlamadan keçirmişdir. Əgər doğurdanda qlobus Hitler üçün hər hansı bir məna daşıyardısa deməli orada mütləq bunu isbatlayan bir şəkil olacaqdı.[1] "

1938-ci ildə Hitler köhnə Reyxskansleyin Üçüncü Reyxin nazirlikləri üçün yetərli həcmdə böyük olmadığı qənaətinə gəlir. O, yeni kansler binasının inşası üçün özünün sevimli arxitektoru olan Albert Şpeeri bu işə təyin edir.[2] Hitlerin tələbkarlığı ilə aparılmış böyük ölçülü yenidənqurma işləri nəticəsində bina 1939-cu ilin əvvəllərində hazır vəziyyətə gətirilmiş və qlobus Fürerin yeni tikilmiş olan kansler binasına gətirilərək burada mərkəzdə yerləşdirildi. 1945-ci ildə sovet ordusu binanı ələ keçirənədək qlobus burada yerləşmişdir.[2]

Məkan

Guya dünyada mövsud olmuş çox sayda qlobusa Hitler sahib idi ki, onlarında bir çoxu şübhəlidir.[1] Ümumilikdə isə onların hər üçü Berlində saxlanılır ki, bunlardan biri coğrafiya institunda, digəri Brandenburq muzeyində, üçüncüsü isə Almaniya Tarix Muzeyində saxlanılır.[1] Digər ikisi isə Münhendə ictimai kolleksiyada sərgilənir. Nifrət əlaməti olaraq həm sovet həm də amerikalı əsgərlər tərəfindən sərgilənən bir çox qlobuslarda Almaniya güllə dəliyi ilə və ya silinmiş halda göstərilirdi.[3]

Dövlət və sənaye rəhbərləri üçün Kolumb qlobusu Böyük diktator (film, 1940) filmində parodiya edilmişdir.

Foto sübutlar əsasında, Hitlerin kanslerdə yerləşən ofisində mövsud olmuş qlobusların heç biri ikonik deyildir. [1]

İddialara görə 1945-ci ilin may ayının birində Hitlerin sahib olduğu bir qlobus amerika ordusunda xidmət etmiş Con Barsamiya tərəfindən Kelştaynhausun dağıntıları arasından tapılmışdır. Bavariya Alp dağlarında yerləşən bu məkan, müharibə öncəsi Hitler tərəfindən bir çox səbəblər üzündən istifadə edilirdi. Həmin məkan Con Barsamiyanın ora gəlməsinə qədər artıq talan edilmişdir. O, qlobusu özüylə evinə aparmış və yalnız 60 ildən sonra 2007-ci ildə San-Fransiskoda keçirilən auksionda satmışdır. San-Fransiskodan olan sahibkar Bob Pritikin 20.000 $ məbləği ilə başlanan auksionun yekununda 5 dəfə cəhddən sonra nəhayət 100.000 $ qarşılığında bu qlobusa sahib oldu.[4][5]

2007-ci ilin sentyabr ayında tarixçi Volfram Pobanz bəyan etdi ki, Berlin muzeyində saxlanılan və üzərində güllə izi olan böyük qlobus Hitlerə məxsus deyil həmçinin başqa birinin ehtimalına görə isə bu qlobus Üçüncü Reyxin Xarici İşlər Naziri olan İoahim fon Ribbentropa məxsusdur və əlavə olaraq bu gün Hitlerə məxsus olan qlobusun harada olması ilə bağlı hər hansı iz yoxdur.[6]

Miras

Deyilənə görə, qlobus Adolf Hitlerin dünyanın işğalı ilə bağlı böyüklük həvəsini təmsil edərək simvolik xarakter daşıyırdı. Xronoloji olaraq 1940-cı ilin yanvar ayında nümayiş etdirilən Üç məddah (film) filmində qısa olaraq Sən Nasist casusu! adlanan hissəsində — ilk dəfə Hollivud Hitler və Nasistlər haqda parodiya hazırlamış[7] — ardınca 1940-cı ilin oktyabr ayında Britaniya komediya aktyoru Çarli Çaplin tərəfindən Böyük diktator (film, 1940) filmində parodiya edilmiş və hər iki, Stooges və Çaplinin oynadığı filmlərdə nümayiş olunan qlobuslar tamamilə fərqli idilər. Həmçinin 1941-ci ilin iyul ayında 1940-cı ildə nümayiş edilmiş mövzunun davamı olaraq çəkilmiş Bir daha salamlamayacağam (film) filmində qlobus bir daha parodiyanın baş mövzusu olmuşdur. 1940-cı ildə Çaplinin çəkildiyi filmdə qlobus çimərlik topu kimi təsvir edilmiş və o diktator "Adenoid Hinkel"in gözü qarşısında partlayır. Bənzər şəkildə Bir daha salamlamayacağam (film) filmində Moronikan diktator "Moe Heilston" "Axel" adlı partnyorlarla birlikdə qlobus ilə "uzaq dur" adlı oyun oynayırlar. Heilstonun hərbi komandiri "Feld Marşal Herrinq", ən sonda qlobusu Heilstounun başına vuraraq sındırır.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 Kimmelman, 2007
  2. 1 2 BBC 2015
  3. de Quetteville, 2007
  4. The Daily Mail 2007
  5. Rubenstein, 2007
  6. Harry de Quetteville. "Globe made for Hitler is missing, says historian". Telegraph.co.uk. 21 September 2007. İstifadə tarixi: 15 October 2017.
  7. You Nazty Spy! at threestooges.net

Mənbələr