Aqil İman

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:40, 30 dekabr 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
AQİL İMAN
Doğum tarixi 1 dekabr 1958(1958-12-01)
Doğum yeri
Vəfat tarixi 29 avqust 1996(1996-08-29) (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Atası Həsən Xəyallı
Təhsili
Fəaliyyəti şair, mühəndis
Fəaliyyət illəri 1984-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət şeir
Janrlar qoşma, gəraylı, təcnis, qəzəl

Hacıyev İman Həsən oğlu - şair

Həyatı

Aqil İman 1 dеkabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan оlub.
Оrta məktəbin VIII sinfinə kimi Basarkеçər rayоnu Daşkənd kənd оrta məktəbində охumuşdur.
1976-cı ildə Bərdə rayоnu Yeni Daşkənd kənd оrta məktəbini bitirdikdən sоnra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daхil оlmuş və 1981-ci ildə ali təhsilini başa vurduqdan sоnra Tambоv şəhərinə hərbi хidmətə göndərilmişdir.
1984-cü ildə "Yеvlaх Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Bеtоn Məmulatları Zavоdunda mühəndis işləmişdir.
1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak еtmişdir.
Şeirləri "Sovet Ermənistanı", "İnşaatçı" və "Sоvеt kəndi" qəzеtlərində işıq üzü görmüşdür.
Zəngin yaddaşı, rəvan təbi, səlist danışıı, şirin natiqliyi ilə еl məclislərində masabəyi kimi məclisləri yоla salan nəğməkar şair 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayоnu Yеni Daşkənd kəndindədir.

Yaradıcılığı

Gəraylılar

Səni

Fürsət yoxdu mələkzadə
Gündə yüz yol görəm səni,
Təravətli çiçək kimi,
Sinəm üstə hörəm səni.

Sən olasan körpə ceyran,
Mən bir ovçu sənə heyran,
Sən bərədən qaçan zaman,
Qovub-qovub yoram səni.

Kaş yetəydim o xoş günə,
Əl çalaydım toy-düyünə,
Aqil İman deyər mənə,
Kim buyurar haram səni?!

Olmaz

Bacarırsan hörmət eylə,
Xeyir olar, ziyan olmaz.
Yaxşılığın əvəzini
Tanrı yerdə qoyan olmaz.

Uzaq dolan kin-küdrətdən,
İbrət götür nəsihətdən,
Yaxşı sözdən, xoş ülfətdən,
Ölənəcən doyan olmaz.

Qov qəlbindən dumanlığı,
İşıqlandır qaranlığı,
Acılığı, yamanlığı,
Axıratək yeyən olmaz.

Ağlar

Qəribliyə gedən köçə,
Dağda çiskin, duman ağlar,
Qürbət eldə sızıldayar,
Qəlbim olar kaman, ağlar.

Yad adətdə olar naşı,
Daşdan daşa dəyər başı,
Qurumaz gözünün yaşı,
Lələ çəkər aman, ağlar.

Həsrətindi bu qəm, qubar,
Ürəkdə dərd, saçında qar,
Göyçə deyib neçə ki var,
İman ağlar, yaman ağlar.

Qoşmalar

Yetər

Əslisi deyilsən mənim könlümün,
Özünü odlara salmağın yetər,
Mən ki, nə Məcnunam, nə də ki Fərhad,
Mənasız xəyala dalmağın yetər.

Gəl fəqan eyləmə boynunu büküb,
Könlümdə yurd-yuva özgəsi tikib,
Bu qədər işkəncə, min əzab çəkib,
Hicranda, möhnətdə qalmağın yetər.

Aqil İman deyər, qopsa qiyamət,
Yenə də unutmaz bizi məhəbbət,
Bəlkə də sevirsən, ey nazlı afət,
Oduma, gözümə yanmağın yetər.

İthaf olunmuş şeirlər

Aqşin Hacızadə

Öpdüm ay əmi
Aqil İmanın əziz хatirəsinə

Məzarın önündə, dayanıb bu gün,
Əllərim qoynumda xəyala daldım.
Mehriban baxışın, o nurlu üzün,
Ağlaya-ağlaya yadıma saldım.

Ölüncə ay əmi, çıxmaz yadımdan,
Könüllər oxşayan şirin söhbətin.
El-oba içində sənin, çoxundan,
Min dəfə ucaydı adın-hörmətin.
 
Pərişan halımla barışmayırdın…
Dərdimin üstünə bir də qəm endi.
Sən ki, bu dünyaya sığışmayırdın,
Bəs necə sığırsan məzara indi?
 
Od tutub, alışıb odlanıram mən,
Vədəsiz ölmünə hey yana-yana.
Baxıram şəklinə, sanıram ki, sən,
Yaraşıq verirsən məzarıstana.
 
Nə qədər səslədim, cavab vermədin,
Pərişan-pərişan gözlədim səni.
Neyləyim, özünü görə bilmədim,
Məzar tоrpağından öpdüm, ay əmi.
 
Həmdəmim sən idin, çəkdiyim qəmi,
Gəlmişdim mən sənə danışmaq üçün.
Ölmək istəyirəm mən də, ay əmi,
Ruhunla əbədi qovuşmaq üçün.
15 sentyabr 1996-cı il.

Şəkilləri

Fayl:Aqil İman-1.jpg
Aqil İman Qarabağ müharibəsində
Fayl:Aqil İman-2.JPG
Aqil İman sovet ordusunda. Tambov şəhəri
Fayl:Aqil İman-3.JPG
Aqil İman tələbə vaxtı

Haqqında yazılan məqalələr

Mənbə


Xarici keçidlər

Həmçinin bax