Qılman İmanlı

Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010),[1] Prezident təqaüdçüsü (2010).

Qılman İman
Qılman İman оğlu Həsənli
Həsənli Qılman İman оğlu
Həsənli Qılman İman оğlu
Doğum adı Qılman
Təxəllüsü İman
Doğum tarixi 15 fevral 1986(1986-02-15) (38 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Aqil İman
Anası Tamara Hacıyeva
Təhsili
İxtisası jurnalistika
Fəaliyyəti şair, jurnalist
Fəaliyyət illəri 1997–indi
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət şeir, publisistika
Janr poeziya
İlk əsəri Səni aхtarırdım, özümü tapdım
Tanınmış əsəri
  • Hardan düşdün yadıma sən...[d]
Üzvlüyü
Mükafatları Prezident təqaüdü (2010)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir[2].

1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir.

2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir[3].

2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır[4].

2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir[5][6].

İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur[7].

2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.

2008–2010-cu illərdə Gənc Ədiblər Məktəbinin üzvü olmuşdur.[8] 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaüdçüsüdür[9].

Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur.

Azərbaycan radiosunda redaktor vəzifəsində çalışmış. "Söz-sözü çəkər" adlı ədəbi-bədii verilişin aparıcısı və müəllifi olmuşdur..

"Ulduz" jurnalının redaksiya heyətinin üzvüdür.

23 dekabr 2017-ci ildən "goyce.az" saytının təsisçisi və baş redaktorudur.

  1. Elmin Nuri. "Gənc şair: "Mənim istedadım şeir boydadır" - MÜSAHİBƏ" (az.). modern.az. 16.01.2015. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  2. Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.185.
  3. "Nə yaxşı çox şeyi bilmir adamlar". 2013-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-24.
  4. Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
  5. "Durna qatarı-II", (toplayıb tərtib edəni: Məhəmməd Ələkbərli), Bakı, "Nurlan", 2006. səh. 89–94.
  6. Əli Vəkil, "Ot kökü üstə bitər". "Ekspress" qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il
  7. Nigar İsfəndiyarqızı. Belə olmaya da bilərdi… Kaspi.az Arxivləşdirilib 2013-08-01 at the Wayback Machine (az.)
  8. ""Aqşin Yeniseydən sonra şair adı çəkmək üçün bir xeyli fikirləşib, qış yuxusuna getməli olursan"". 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  9. Şəhriyar del Gerani. ""50 manat verdilər ki, postmodernizmdən danışmayım" MÜSAHİBƏ" (az.). kulis.az. 2014-06-01. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]